Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Elmar Vəliyevin oğlu "Kəpəz"in yeni rəhbəri oldu

Bu gün "Kəpəz" klubunun Müşahidə Şurasının ilk iclası keçirilib.

Klubdan Qol.Az-a verilən xəbərə görə,  iclasda AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Müşahidə Şurasının üzvləri təsdiq olunub.

Qərara əsasən, Müzəffər Qasımov (futbol veteranı),  Xanlar Fətiyev (Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı), Elmir Vəliyev  ("Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri), Mikayıl Quluyev (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist),  Sərxan Babayev ("DET-AL  Alüminium" MMC-nin  baş direktoru), Namiq Məmmədov ("Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri), Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi) Şuranın üzvləri,  "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev isə "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib.

Qeyd edək ki, E.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğludur.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə klubun baş məşqçisi vəzifəsinə təsdiqlənib.

"Kəpəz"in prezidenti Mehman Allahverdiyev isə klubun icraçı direktoru təyin olunub.






27 May, 2015  19:29 Baxılıb: 1289 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner