Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“İnter”in böhranı davam edir

Topaz Premyer Liqasında son tur öncəsi “İnter”də islahatlara start verilib. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, “bankirlər” “Sumqayıt”la qarşılaşmaya yalnız yerli futbolçularla çıxacaq.

Belə ki, baş məşqçi Kaxaber Sxadadze başda olmaqla, bütün əcnəbi futbolçular artıq düşərgəni tərk ediblər. Həm çalışdırıcı, həm də futbolçular komanda ilə vidalaşaraq vətənlərinə yollanıblar.

Bu məlumatı saytımıza açıqlamasında paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, digər klublarla anlaşan yerli futbolçular son turda “İnter”in formasını geyinəcəklər: “Yerlilərin hamısı düşərgədədi. Əcnəbilərdən yalnız köməkçi məşqçi Zaur Svanadze burdadı. “Sumqayıt”la oyuna da komandanı meydançaya o və Roman Cəfərov çıxaracaq”.

Qeyd edək ki, “Sumqayıt” – “İnter” matçı mayın 28-də keçiriləcək.






26 May, 2015  13:17 Baxılıb: 1171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner