Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan çempionu UEFA Kubokundan imtina etdi

Futzal üzrə son Azərbaycan çempionu "Xəzər adaları", 2015-16 mövsümü UEFA kubokunda iştirakdan imtina edib.

Simsar.az azerisport.az saytına istinadən xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib:
"Ötən gün "Xəzər adaları"nın rəhbərliyi rəsmən bəyan etdi ki, UEFA kubokunda iştirakdan imtina edirlər. Bunun maliyyə problemi və ya başqa hansısa amillə bağlı olduğunu bilmirəm. UEFA-nın əsasnaməsinə görə, belə olan halda UEFA kubokunda iştirak hüququ avtomatik olaraq çempionatda ikinci yeri tutan komandaya verilir. Hazırda bu vəsiqəyə "Fənər" iddialıdır, çünki ikinci olub. Bu gün klub rəhbərliyi ilə əlaqə saxlayıb, bu məsələni müzakirə edəcəyəm. Məsələ burasındadır ki, UEFA kubokunda iştirak etmək istəyən klub bütün tələblərə cavab verməlidir. Əgər "Fənər" bu və ya başqa səbəblərdən UEFA kubokunda iştirak edə bilməsə və ya istəməsə, o zaman üçüncü olmuş komanda bu hüquqa yiyələnəcək".

Qeyd edək ki, “Xəzər adaları”nın turnirdən iştirakdan imtinasının səbəbi klubun sahibi Hacı İbrahim Nehrəmlinin həbs olunması və klubun maddi durumunun acınacaqlı vəziyyətə düşməsidir.






25 May, 2015  14:41 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner