Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

222500 nəfər

Derbidə azarkeş sayı

Mayın 18-də Azərbaycan çempionatının növbəti "Böyük oyun"u baş tutacaq. Belə ki, "Neftçi" və "Xəzər Lənkəran" mövsümün son turunun oyununda üz-üzə gələcəklər.
"Neftçi" artıq çempionluğunu təmin edib. "Xəzər Lənkəran" isə 2-ci yer uğrunda mübarizə aparır. Amma hər şeydən önəmli bir məqam var ki, bu oyunda hər iki komanda şərəf mübarizəsinə çıxacaq. Əzəli rəqib olan komandalar qələbə qazanmaqla həm mövsümü qələbə əhval-ruhiyyəsində bitirməyə, həm də azarkeşlərini sevindirməyə çalışacaq.
Fanat.az növbəti "Böyük oyun" ərəfəsində tarixə yenidən nəzər yetirmək qərarına gəlib.
Əzəli rəqiblər arasında indiyədək baş tutan 20 qarşılaşmanı ümumilikdə 222 min 500 nəfər izləyib. Bu isə hər oyuna orta hesabla 11 min 125 azarkeş deməkdi.
"Neftçi" və "Xəzər Lənkəran"ın bu mövsümə təsadüf edən 5 qarşılaşmasında 56 min azarkeş olub ki, bu da hər oyunda orta hesabla 11 min 200 nəfər deməkdi. Təsnifat mərhələsinin Lənkəranda baş tutan ilk oyununu 11 min, Bakıdakı cavab oyununu 10 min nəfər izləyib. Ölkə kubokunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda 5 min nəfər olduğu halda, Lənkəran şəhər stadionundakı qarşılaşmanı 15 min azarkeş canlı izləyib. Premyer Liqanın final mərhələsinin Lənkərandakı ilk oyununda da 15 min azarkeş olub.
"Neftçi" - "Xəzər Lənkəran" oyunlarında rekord 25 min azarkeşdi. Bu komandalar arasında 2004-2005 mövsümündə Gəncədə keçirilən "Qızıl oyun"da və 2006-2007 mövsümündə Bakıda keçirilən qarşılaşmada bu qədər azarkeş olub. Ən az azarkeş isə 2005-2006 mövsümündə Bakıda baş tutan "Böyük oyun"da qeydə alınıb - 500 nəfər.






16 May, 2011  23:23 Baxılıb: 1550 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner