Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Rəşad Sadıqov yeni müqavilə bağlayır

Millinin kapitanı karyerasını harada davam etdirəcək

Rəşad Sadıqov qərarını verib. Fanat.az-ın əldə etdiyi məlumata görə, milli komandamızın kapitanı "Qarabağ"da qalmaq qərarına gəlib.
Qış fasiləsində Türkiyənin "Eskişəhərspor" klubundan "Qarabağ"a dönən və 6 aylıq müqavilə imzalayan Rəşadın anlaşması mayın sonunda başa çatacaq. Artıq klub rəhbərliyi ilə danışıqlar masası arxasına oturan milli futbolçu bir illik müqavilə ilə bağlı razılığa gəlib. Anlaşma yaxın günlərdə imzalanacaq.
Amma Rəşadın müqaviləsində yenə də istədiyi zaman xarici kluba keçməklə bağlı bənd olacaq. Xatırladaq ki, ötən yay müqaviləsindəki bu bənddən yararlanan futbolçu transfer pəncərəsinin son günündə "Eskişəhərspor"a keçmişdi. Sadıqovun bu yayda analoji addımı atması istisna deyil.
İki gün öncə ölkəmizə gələn Türkiyənin "Göztəpə" klubunun futbol direktoru Ali Gültekin Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyevlə yanaşı, Rəşadın da oyununu bəyənib. Hətta onu "Göztəpə"də görmək istədiklərini də bildirib. Lakin Rəşad belə bir təklif alacağı halda, yox cavabı verəcək. Çünki milli futbolçu 1-ci liqa klubunda oynamaq istəmir.






16 May, 2011  15:06 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner