Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

«Qalatasaray» 34-cü prezidentini seçir

Ünal Aysal, Mehmet Helvacı, yoxsa Turqay Kıran?

Bu gün "Qalatasaray" yeni prezidentini seçəcək. Adnan Polatın martın sonlarında keçirilən qurultayda boykot edilməsindən sonra erkən seçimə gedən "Cim-Bom"un taleyi baxımından çox önəmli olan fövqəladə qurultay sabah Qalatasaray Litseyi Tevfik Fikrət Salonunda keçiriləcək. 
Saat 12.00-da başlayacaq və saat 17.00-da bitəcək seçkiyə ümumilikdə 6800 nəfərdən çox adam qatıla biləcək. Prezident postu uğrunda üç nəfər mübarizə aparacaq: Mehmet Helvacı, Ünal Aysal və Turqay Kıran. "Qalatasaray" üzvləri seçkidə Mehmet Helvacıya səs vermək üçün qırmızı, Ünal Aysal üçün sarı, Turqay Kıran üçün isə boz rəngli seçim kartlarından istifadə edəcək.
Yeni prezident əvvəlkilərə nisbətən daha uzun müddətə kluba rəhbərlik edəcək. Belə ki, "Qalatasaray"ın bundan əvvəlki məramnaməsinə əsasən prezident 2 illik seçilirdisə, bundan sonra rəhbər şəxs 3 bu postu tutacaq.
Bu "Qalatasaray"ın 96-cı seçim dönəmində 34-cü prezidenti olacaq. "Sarı-qırmızılı" klubun 106 illik tarixində indiyədək 33 nəfər kluba rəhbərlik edib.
Klubun yaradıcısı və ilk preztdenti Ali Sami Yen 1905-1914-cü illərdə üst-üstə 10 il "Qalatasaray"a başçılıq edib və 1 illik fasildən sonra yenə 4 il klubun başına keçib.






14 May, 2011  16:17 Baxılıb: 1416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner