Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Bakı-2015"-in Alov Festivalı Naxçıvanda - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 26-da Atəşgah Məbədində alovlandırdığı məşəli ilk estafet iştirakçısına təqdim etdikdən sonra, Bakı 2015 Avropa Oyunlarının işıq saçan rəmzinin ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilib.

Simsar.az-ın məlumatına görə, Bakı 2015-in alovu ilk estafet ünvanı Naxçıvan Muxtar Respublikasına bu gün, aprelin 27-də təyyarə ilə gətirilib. Naxçıvan şəhərində Bakı 2015 Avropa Oyunlarının Məşəl Estafeti keçirilib. Məşəli təyyarədə Naxçıvana aparan, Monreal-1976, Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova estafeti təhvil verdikdən sonra, 10 yerli məşəlçi ümumilikdə, 4.1 km məsafə qət edib.

Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, Monreal 1976, XXI Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova bu həyəcanlı anlar barədə fikirlərini belə bölüşdü: “Sevincimin həddi-hüdudu yoxdur. Avropa tarixinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm. Oyunların məşəlini daşıyan ilk insan olmaq şərəfi mənə qismət oldu. Açığı, belə bir şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da Bakı 2015-də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz, qələbələrlə sevindirəcəklər”.

Əziz Əliyev prospektində, Koroğlu heykəlinin qarşısından start götürən, sonra Cəlil Məmmədquluzadə küçəsindən keçən estafetdə Xanım Xudadanova, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev məşəli şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospektinə gətiriblər. Burada Heydər Əliyev meydanında yürüşə yekun vurulub.

Estafet iştirakçısı, voleybolçu Xanım Xudadanova yürüşdən sonra keçirdiyi hissləri bölüşdü: “İlk dəfə keçiriləcək bu mötəbər idman tədbirinin ölkəmizə həvalə olunması və şəhərimizin də onun ab-havasına bürünməsi, hər bir Azərbaycanlı kimi, məni də cox fərəhləndirir. Məşəl estafetini olimpiya çempionumuz Rəfiqə Şabanovadan qəbul etdiyim üçün qəbul etdiyim üçün çox həyəcanlı idim. Bu tarixi anı yaşadığıma, belə bir şərəfli missiya mənə həvalə edildiyinə görə çox xoşbəxtəm”.

Şəhər mərkəzində, Heydər Əliyev meydanında Alov festivalı keçirilib.

Bakı 2015-in ulduz elçiləri, məşhur idmançıların da iştirak etdiyi tədbirdə minlərlə yerli sakinə əsl bayram sevinci bəxş edib. Festival mədəniyyət və incəsənət ustalarının ifasında ədəbi-bədii proqramla davam edib. Bakı 2015 Avropa oyunlarına həsr olunmuş bu təntənəli mərasim Azərbaycanın idman tarixinin unudulmaz hadisələrindən biri olacaq.

Məşəlçilərdən Polad Əliyev bu qürurverici mərasimin iştirakçısı olduğu üçün özünü xoşbəxt hesab etdiyini bildirdi: «Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni də çox sevindirir.

Məşəlin bölgələr üzrə səyahətinin ilk dayanacağı Naxçıvan şəhəri olduğu üçün qürur hissi keçirirəm. Voleybol komandamızın üzvüyəm. Bakı 2015-in voleybol yarışlarında da gərgin rəqabətin şahidi olacağıq. Bu mübarizədə ölkəmizin adını uca tutmağa çalışacağam».

Məşəl sabah xüsusi təyyarə ilə Lənkərana çatdırılacaq.

Alovun Naxçıvan festivalı barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

 






28 Aprel, 2015  12:13 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner