Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İdmançımız qızıl medal aldı

Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi "Internationale DRV-Junioren-Regatta” turnirində çıxış ediblər.

Simsar.az-ın məlumatına görə, yarışa 5 oğlan, 1 qız avarçəkənlə qatılan komandamız Vətənə 1 qızıl, 1 bürünc medalla qayıdıb. 

Qızıl medalı ölkəmizə 16 yaşlı vunderkind Boris Yotov qazandırıb. 1 nəfərlik qayıqla 18 yaşadək akademik avarçəkənlərin mübarizəsinə qatılan Yotov bütün rəqiblərini arxada qoyub. O, finalda 2000 metr məsafəni 7 dəqiqə 53,26 saniyəyə qət edib. Avarçəkənimiz Almaniyanın 3, Avstriya və Sloveniyanın hərəyə 1 təmsilçisini geridə qoyub. Bürünc medala isə Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti layiq görülüb. 18 yaşlılar arasında 2 nəfərlik qoşa avarlı qayıqla (JM 2X A) çıxış edən azərbaycanlı cütlük 2000 metr məsafəni 7 dəqiqə 46,15 saniyəyə qət edib.

16 yaşadək qızların mübarizəsində 1 nəfərlik qayıqla (JM 1X B) çıxış edən Alyona Kaporeyko, eləcə də 2 nəfərlik sükansız qayıqla (JM 2- A) mübarizə aparan Novruz Əliyev – Bayram Əliyev dueti isə mükafatçılar sırasına düşə bilməyib.

Akademik avarçəkənlərimiz Almaniyada məşqçilər Samir Məmmədov və Yuliana Stoyevanın rəhbərliyi altında yarışıblar. “Internationale DRV-Junioren-Regatta”da Almaniyanın 15 klubundan əlavə, Avstriya, Braziliya, Bolqarıstan, Xorvatiya, Çexiya, İspaniya, Fransa, Böyük Britaniya, İrlandiya, Hollandiya, Polşa, Sloveniya, Serbiya, İsveçrə də təmsil olunub.






11 May, 2011  21:19 Baxılıb: 1324 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner