Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Teymur Rəcəbov uduzdu

O, taca sahib ola bilmədi

Tatarıstanın paytaxtı Kazanda keçirilən dünya şahmat tacına iddiaçıların görüşündə yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 8 qrossmeysterin qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarovun ardınca Teymur Rəcəbov da mübarizəni dayandırıb. 

O, sabiq dünya çempionu Vladimir Kramnikə (Rusiya) tay-brekdə məğlub olub. Belə ki, 25 dəqiqəlik 4 sürətli oyun 2:2 hesabı ilə yekunlaşsa da, blitsdə qrossmeysterimiz 1,5:2,5 hesabı ilə uduzub. Digər cütlükdə isə Aleksandr Qrişuk (Rusiya)
Levon Aronyana (Ermənistan) qalib gəlib.

Beləliklə, yarımfinalda Qata Kamski (ABŞ) Boris Gelfandı (İsrail), Vladimir Kramnik Aleksandr Qrişuku (hər ikisi Rusiya) sınağa çəkəcək.

Mayın 27-dək davam edəcək turnirin qalibi son dünya çempionu Vişvanatan Anandla (Hindistan) qarşılaşacaq.

Qeyd edək ki, Məmmədyarov Gelfanda 1,5:2,5 hesabı ilə məğlub olmuşdu.






10 May, 2011  16:29 Baxılıb: 1222 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner