Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Nuri Şahin rəsmən «Real»da!

Türk futbolçu "Kral Klubu" ilə 6 illik müqavilə bağladı

Türkiyə yığmasının və Dortmund "Borussiya"sının futbolçusu Nuri Şahinin "Real"a keçidi təsdiqlənib. Fanat.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı ilə açıqlama yayıb.
Klubun rəsmi saytı vasitəsi ilə yayımlanan açıqlamada bildirilir ki, Nuri Şahinin transferi ilə bağlı "Borussiya" ilə razılıq əldə olunub və futbolçu ilə 6 illik müqavilə imzalanıb.
Məlumatlara görə, Nurinin transferi "Real"a 10 milyon avroya başa gəlib. 23 yaşlı türk futbolçu özü isə ildə 2,5 milyon avro qazanacaq.
Futbolçu yeni klubu ilə bağlı artıq ilk açıqlamasını da verib: "Borussiya" ilə uşaqlıq xəyallarım gerçək oldu. Burada çempion olduğum üçün çox xoşbəxtəm. Ancaq "Real"da oynamaq şansını da boşa vermək olmazdı".
Qeyd edək ki, 1988-ci il təvəllüdlü futbolçu karyerasına 2005-ci ildə "Borussiya"nın 2-ci komandasında başlayıb (5 oyun, 1 qol). Daha sonra əsas komandaya cəlb olunub və meydana çıxdığı 135 oyunda 11 qola imza atıb. 2007-2008 mövsümündə "Feyenoord"a icarəyə verilən Nuri Hollandiya klubunda 29 oyun keçirib və 6 qol vurub. O, bu mövsüm "Borussiya"nın çempionluğunda əsas pay sahiblərindən biri olub.
2005-ci ildən 26 dəfə Türkiyə yığmasına çağırılıb və 1 qola imza atıb. Nuri ötən ilin avqustunda "Borussiya", oktyabr ayında isə Türkiyə millisi ilə Bakıya gəlib.






10 May, 2011  14:16 Baxılıb: 1290 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner