Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Baş məşqçi qovuldu

Köməkçi-məşqçi insult keçirdi

Futbol üzrə Unibank Premyer Liqasında mübarizə aparan Tovuzun “Turan” klubunda iki şok olay baş verib. Simsar.az-ın “apasport.az” saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Naci Şensoy istefaya göndərilib. 

53 yaşlı türkiyəli mütəxəssis qışda klubla 1.5 illik müqavilə bağlasa da, onun fəaliyyəti cəmi 5 ay çəkib. Komanda rəhbərliyi AFFA-nın 5 oyunluq cəzasına məruz qalan baş məşqçi ilə müqaviləsi vaxtından əvvəl pozub. Bununla da Şensoyun “Turan”da üçüncü fəaliyyət dövrü də başa çatıb. Bundan əvvəl o, Tovuz komandasında 2001/2002-ci il mövsümündə, eləcə də 2004-cü ilin yayından 2005-ci ilin qışına kimi çalışıb.

Şensoyun köməkçisi Sakit Alıyev isə xoşagəlməz olayla üzləşib. “Turan”ın son məşqlərindən birində Alıyevin sağlıq durumunda ciddi problem yaranıb. 45 yaşlı mütəxəssis insult keçirdiyindən yerə yıxılıb. Məlumata görə, onun beyninə qan sızıb, hazırda Tovuz rayon xəstəxanasında həkim nəzarəti altındadır. Alıyev mövsümün startında “Turan”a rəhbərlik edib. Şensoyun təyinatından bir müddət sonra o, köməkçi-məşqçi olub.

Klub rəhbərliyi isə yaşanan olaylardan sonra baş məşqçi postunu “Turan”ın uşaq futbol məktəbinə rəhbərlik edən Asim İbrahimova həvalə edib. Yeni baş məşqçi mayın 6-da komanda üzvlərinə təqdim edilib. Hələlik ona mövsümün sonuna qədər baş məşqçi kimi fəaliyyət göstərmək tapşırılıb.

Qeyd edək ki, Premyer Liqanın sonuna 3 tur qalmış “Turan” 24 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. Tovuz komandası I diviziona düşmə təhlükəsindən hələ də qurtulmayıb.






6 May, 2011  19:18 Baxılıb: 1241 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner