Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Barselona"-"Mançester" "Uembli"-də

Final mayın 28-i Londonda baş tutacaq

Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir cavab görüşü keçirilib. Məlumata görə, İngiltərədə "Mançester Yunayted"lə Almaniyanın "Şalke 04" komandaları arasında baş tutan oyundan sonra İspaniyanın "Barselona" klubunun finaldakı rəqibinin kimliyinə aydınlıq gəlib.


İlk oyunda səfərdə "Şalke 04"ə 2:0 hesabı ilə qalib gələn "Mançester Yunayted" öz meydanında daha rahat oynayıb. İngilislər matça nəzarəti sonadək əldən verməyərək, böyük hesabla qalib gəliblər - 4:1. Xüsusən, 1/4 finalda İtaliya "İnter"i ilə səfərdə inamlı təsir bağışlayan və 5:2 hesabı ilə qalib gələn "Şalke 04" "qırmızı şeytanlar" qarşısında aciz qalıblar. İlk görüşdəki qolların müəllifləri Ueyn Runi və Rayan Giqqzin xidmətindən yararlanmağa ehtiyac duymayan Aleks Ferqyusonu Luis Valensiya, Darron Gibson və fasilədən sonra 2 dəfə Anderson sevindirib. Almaniya klubu qapısında gördüyü 4 topa yalnız Xose Xuradonun qolu ilə cavab verə bilib.

Beləliklə, mayın 28-də İngiltərənin paytaxtı Londondakı məşhur "Uembli" stadionunda keçiriləcək final matçında "Barselona" və "Mançester Yunayted" klubları qarşılaşacaq. Bu komandalar 2008-2009-cu il mövsümündə də həlledici görüşdə üz-üzə gəliblər. Həmin vaxt İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutmuş qarşılaşma "Barselona"nın qələbəsi ilə yekunlaşıb - 2:0.

4 may

ÇL-in yarımfinal mərhələsinin cavab görüşü

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Şalke 04" (Almaniya) - 4:1
Qollar: Luis Valensiya, 26 (1:0). Darron Gibson, 31 (2:0). Xose Xurado, 35 (2:1). Anderson, 72 (3:1), Anderson, 76 (4:1)
(İlk oyun - 2:0)






5 May, 2011  15:09 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner