Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kompyüterlə işləyənlərə göz məsləhəti

Əzginlik, ağrılar, ruh düşkünlüyü, yuxudan çətin ayılma monitora olan “sevgi”nin fəsadlarıdır

Bəzən elə olur ki, 3-4 saat hərəkətsiz halda kompyüter arxasında oturub gözlərimizi ekrana zilləyirik. Ya yazırıq, ya da oxuyuruq. Günün sonunda gözlərimiz ağrıyır, göynəyir. Ağrılar sutkalarla bizdən əl çəkmir. 
Əksər insanlar kompyüterin gözə nə dərəcədə ziyanlı olduğunun fərqində deyillər. Xüsusilə də, jurnalistlər, proqramistlər, dizaynerlər tez-tez göz ağrılarından əziyyət çəkirlər.
Göz əzələlərinin gərginliyi – baxışın uzunmüddətli monitora fiksasiyası nəticəsində əmələ gəlir. Əzələ və oynaqların atrofiyası- boyun, bel nahiyəsində ağrı, ruh düşkünlüyü, taqətsizlik, yuxudan ayılmağın çətinləşməsi kompyüterin insan orqanizmində yaratdığı fəsadların nəticəsidir.


Əgər bunları özünüzdə olduğunu hiss edirsinizsə, nə etmək lazımdır?
Elmipress.com saytının yazdığına görə, vaxtaşır diqqəti monitordan yayındırmaq lazımdır. Oftalmoloqların tövsiyyə etdiyi bir sıra məşqlər, tapşırıqlar var ki, onlar gözdə olan gərginliyi aradan qaldırmağa kömək olur. Bu məşqlərdən bəzilərini diqqətə çatdırırıq.
1-ci tapşırıq:
-Başı heç bir yerə döndərmədən 2-3 saniyə yuxarı sağ, 2-3saniyə yuxarı sol tərəfə baxın. Bu hərəkətləri sonra aşağı istiqamət olmaqla sağa və sola davam etdirin. Bu tapşırıq göz əzələlərinin yorğunluğunu aradan qaldırmağa kömək edir.
2-ci tapşırıq:
-Üzü pəncərəyə dayanırıq. Sonra görmə sahəmizdə ən uzaqda yerləşmiş bir nöqtəni, məsələn, hər hansı bir binanın və ya ağacın zirvəsini özümüz üçün fiksə nöqtəsi kimi seçirik. 5 saniyə müddətində bu nöqtəyə diqqətlə baxırıq, sonra dərhal əvvəlcədən pəncərə üzərində tutduğumuz ikinci obyektə, məsələn, barmağımıza baxırıq, yenə də 5 saniyə müddətində. Beləliklə bu proseduranı 5 dəqiqə müddətində davam edirik. Effektini dərhal hiss edəcəksiniz .
3-cu tapşırıq:
-Gözlərinizi yumub, var gücünüzlə göz qapaqlarınızı sıxın (əllə toxunmadan)) sonra gözlərinizi açın. Bu tapşırığı 15-20 dəfə təkrar edin. Uzun müddətli monitora baxmaq gözlərin nəmlyini azaldır, gözlər quruyur. Bu tapşırıq göz yaşının artmasına və gözdaxili təzyiqin normallaşmasına səbəb olur.
Bu tapşırıqlar gündəlik olunmalıdır. Cəmi 4-5 dəqiqənizi alacaq bu tapşırıqlar, bizlərə təbiət tərəfindən bəxş olunmuş çox qiymətli bir neməti- görmə qabiliyyətimizi qorumağa kömək edəcək!
Digər səmərəli məsləhətlər :
Ən təhlükəsiz monitor LCD monitorlardır.
Mümkün qədər monitorun parlaqlığını azaldın.
Təbii işıqlanmadan istifadə etməyə çalışın.
Qaranlıq otaqda yatın
Eynəkdən istifadə edin.

Simsar.az







4 May, 2011  19:54 Baxılıb: 1973 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner