Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qarabağ” “Qəbələ”yə, “İnter” “Simurq”a qarşı – AFİŞA

Bu gün Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. Simsar.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Çempionatın lideri “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Qurban Qurbanovun yetirmələri qazanılacaq növbəti qələbə ilə çempionluq yolunda mühüm addım atmış olacaqlar. “Qara-qırmızılar” isə üçüncülük ümidlərini qorumaq üçün qələbə qazanmağa çalışacaqlar.

İkinci pillədə qərarlaşan “İnter” isə doğma meydanda “Simurq”la münasibətlərə aydınlıq gətirəcək. İtiriləcək xallar “bankirlər”i ikinci pillədən aşağı sala bilər. Bunun üçün “Sumqayıt” səfərinə yollanan “Neftçi”nin də 3 xalla qayıtması lazımdır.

Cari çempionatda işləri qaydasında getməyən “Xəzər Lənkəran” və “Bakı” isə xal ehtiyatını bir qədər də yaxşılaşdırmaqdan ötrü meydana çıxacaqlar.

Topaz Premyer Liqası

XXIV tur

28 fevral

15:00. "İnter" - "Simurq"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

Bakı. "İnter Arena"

16:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov

Sumqayıt. "Kapital Bank Arena"

17:00. "Qarabağ" - "Qəbələ"

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

Tofiq Bəhramov adına Respublika stadionu

17:00. "Xəzər Lənkəran" - "Bakı"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov

"Xəzər Lənkəran" mərkəzi stadionu

Vüsal Məmmədzadə



 






28 Fevral, 2015  10:14 Baxılıb: 1042 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner