Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Barselona”nın 6 futbolçusuna cəza tələb edildi

“Real Madrid” klubu “Barselona”nın 6 futbolçusuna intizam sanksiyasının tətbiqi xahişi ilə UEFA-ya şikayət edib

Simsar.az-ın məlumatına görə, həmin futbolçular Daniel Alveş, Serxio Buskets, Pedro Rodriges, Xavyer Maskerano, Seydu Keyta və Viktor Valdesdir. 

Alveş, Buskets və Pedronun 2, Maskerano, Keyta və Valdesin 1 oyunluq cəzalandırılması istənilib. “Kral klubu” rəsmilərinin fikrincə, bu futbolçular Çempionlar Liqasının ilk yarımfinal matçında idmançıya yaraşmayan hərəkətə yol veriblər. Eyni zamanda “Barsa”nın baş məşqçisi Xosep Qvardiolanın cəzalandırılması xahiş edilib. “Real Madrid”də hesab edirlər ki, futbolçuların belə davranışı Qvardiolanın qurduğu taktikanın bir hissəsi olub.

Kataloniya komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyunun gedişində futbolçular arasında toqquşmalar baş verib. Fasilə zamanı idmançıya yaraşmayan hərəkəti üzündən “Barselona”nın ehtiyat qapıçısı Xose Pinto texniki zonadan qovulub. İkinci hissədə “Ral Madrid”in futbolçusu Pepe qırmızı vərəqə alıb. Buna etiraz edən baş məşqçi Joze Mourinyo tribunaya göndərilib.

UEFA İntizam Komitəsi “Real Madrid”in şikayətinə mayın 2-də baxacaq. Qərarın mayın 3-də Barselonada keçiriləcək cavab görüşünədək çıxarılacağı gözlənilir.






3 May, 2011  01:36 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner