Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Neftçi 6-cı dəfə çempion oldu

Çempionatın bitməsinə 3 tur qalıb

Bakının "Neftçi" futbol klubu tarixində 6-cı dəfə Azərbaycan çempionu olub. Komanda Unibank Premyer Liqasının XXIX turunda səfərdə AZAL klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğratmaqla, sona 3 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. “Neftçi”nin qələbəni vaxtından əvvəl rəsmiləşdirməsi onun ən yaxın izləyiciləri olan “Xəzər Lənkəran” və “Qarabağ”ın xal itirmələri nəticəsində mümkün olub.

Unibank Premyer Liqasının 29-ci turunun AZAL - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Arif Əsədov görüş haqqında fikirlərini bildirib: "Çox sevinirəm ki, çempion olduq. Azarkeşlər bu çempionluğu çoxdan gözləyirdilər. Çempionluğu klub prezidenti Sadıq Sadıqova həsr edirik. Çox təəssüf ki, zədə üzündən məcburi əvəzləmələr etməli olduq. Yəqin ki, qarşıdakı oyunlarda gənc futbolçulara şans verəcəyik".

Xatırladaq ki, milli çempionatın başa çatmasına 3 tur qalmış çempionun kimliyinə aydınlıq gəlsə də ikinci yer uğrunda amansız mübarizə gedir. Bu yerə aktivində 55 xal olan “Xəzər Lənkəran” və 54 xalla “Qarabağ” iddia edir.






2 May, 2011  15:03 Baxılıb: 1334 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner