Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Maraqlı

İslamdan dönən məşhurlar – Araşdırma

Bu dəfəki bəhsimiz bir qədər qəribə görsənsə də, düşünürük ki, bir çoxları üçün maraqlı gələcək. Beləki, bu sayımızda İslamdan üz çevirən məşhurlar barədə yazmaq qərarına gəldik. Mövzuya birbaşa keçməmişdən öncə, şəriətimizdə dindən çıxmaq barədə hökmlərə nəzər salmaq istərdik. Fiqhi terminologiyada İslam dinindən imtina edənə “mürtəd”, əməlin özünə isə “irtidad” deyilir. Lüğəti mənada “irtidad” “özündən qeyrisinə müraciət etmək”, “imandan küfrə qayıdış” mənalarını verir.  Qurani-Kərim mürtədlər barədə buyurur: “Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı”.

İslam tarixində ilk mürtəd bir qadın olmuşdu. Beləki, Mədinə şəhərinə aparan yolda gecə vaxtlarında düşmənlər müsəlmanlara hücum edərdilər. Peyğəmbər (s) müsəlmanların əmniyyəti üçün məxfi tədbir görmək qərarına gəlir ki, Mədinədə yaşayan qadınlardan birinin həmin məxfi plan barədə düşmənlərə məlumat ötürməsi məlum olur. Bu hadisə ilk irtidad hadisəsi kimi İslam tarixinə düşüb.  Peyğəmbərimizin (s) vəfatından sonra isə irtidad halları bir qədər çoxalır. Beləki, Allah elçisinin (s) Haqq dərgahına qovuşmasını fürsət bilən bəzi ərəb qəbilə başçıları özlərini yeni peyğəmbər elan edir və qəbilələrini onlara iman gətirməyə vadar edirlər. Bu tendensiya gənc müsəlman cəmiyyətinin vəhdətini təhlükəyə atırdı. Digər yandan İran və Bizans imperiyaları kimi qüdrətli xarici düşmən olduğu təqdirdə, daxili parşalanmalar müsəlman cəmiyyətinin gələcəyini sual altına qoyurdu. Odur ki, yalançı peyğəmbərlər və onlara dəstək verən keçmiş müsəlmanlar ən sərt şəkildə - edamla cəzalandırılırdılar.

Bununla belə, hicrətin ilk əsrlərində mövcud olan müsəlman cəmiyyətini dözümsüzlükdə ittiham etmək olmaz. Tarixdən görsəndiyi ki, ilk mürtədlər müasir vətən xayinləri kimi idilər. Bununla belə, müsəlman cəmiyyətinin debatlara və ideoloji polemikalara nə qədər açıq olduğunu göstərən kifayət qədər tarixi sənədlər mövcuddur. Onlardan biri, İmam Sadiqin (ə) Mədinədə şəhərində müsəlmanların ikinci müqəddəs yeri sayılan Məscidun-Nəbəvidə allahsıszlarla elmi mübahisə aparmasıdır.

İrtidad tarixinə kiçik girişdən sonra, birbaşa keçək mövzumuza – İslamdan dönən məşhurlar. Əslində, özünüz də görəcəyiniz kimi, İslam dinindən üz döndərənləri bir o qədər məşhur adlandırmaq da olmaz. Onların əksəriyyətini müsəlman ikən tanıyan çətin tapılardı, maraqlısı da bundadır ki. dinlərini dəyişəndən sonra da bu insanlar bir o qədər məşhurlaşa bilmədilər. Hər halda, dinini dəyişənin məşhurluğu müsəlmanlar üçün heç bir əhəmiyyət kəsb etmir, çünki, Həzrət Əlinin (ə) təbiri ilə desək, “Haqq şəxsiyyətlərlə deyil, şəxsiyyətlər haqqla tanınar”.


Matyo Kereku

1933-cü il təvəllüdlü vənab Kereku Qərbi Afrikada yerləşən Benin dövlətinin iki dəfə prezidenti olub. 1974-cü ildə hərbi çeviriliş nəticəsində hakimiyyətə gələn Matyo Kereku ölkədə diktator rejimi qurur. Beninin rəsmi ideologiyası marksizm elan olunur, sənaye milliləşdirilir, kommunist partiyası yeganə leqal siyasi təşkilat statusunu alır. Deyilənə görə, 1980-cı ildə Liviyaya səfər edən hərbi diktator Müəmmar Qəzzafidən maliyyə yardımı almaq üçün İslamı qəbul edərək özünə Əhməd adı seçir. Lakin. Bu günə kimi Kereku dinini dəyişməsi barədə heç bir şey deməyib və ehtimal olunur ki, onun İslamı qəbul etməsi müxalifət tərəfindən yayılmış bir şaiyədir.  Həmin şaiyələrə əsasən, guya müsəlman olmuş prezident yenidən xristianlığı qəbul edir.  Kerekunun xristianlıqdan İslama, sonra isə yenidən İslmadan xristianlığa dönməsi şayə olsa da, siyasi baxışlarının dəyişməsi bir faktdır. 1991-ci ildə prezidentlik postunu itirən hərbçi 1996-cı ildə yenidən seçilir. Yeni prezidentlik dönəmində Kereku artıq liberalizmə üz tutaraq ölkədə liberal islahatlar aparmağa başlayır.



Karlos Saul Menem

1930-cu il təvəllüdlü cənab Menem 1989-1999-cu illərdə Argentina prezidenti olub. O, Suriyadan  olan mühacirlərinin ailəsində dünyaya gəlib. Menemin valideyinlərindən biri erməni, digəri isə müsəlman olub. 1955-ci ildə İspaniyada hüquqşünaslıq üzrə təhsilini bitirən K.S, Menem perronizm ideologiyasını mənimsəyir və vətəninə böyük ambisiyalarla qayıdır. Bir müddət sonra siyasi karyeraya başlamaq istəyən gəncin qarşısında ən böyük maneə valideyinlərinin birinin müsəlman olması idi. Odur ki, gənc siyasətçi katolik dinini qəbul etdiyini elan edir. Bundan sonra o, 1973-1989 illərdə Argentina vilayətlərində qubernator vəzifəsi tutub. 1989-cu ildə isə prezident seçilib. 10 illik hakimiyyəti dövründə ölkəsini iqtisadi böhrana sürükləyən prezident, sonradan korrupsiya ittihamı ilə ev dustağı edilir. Hazırda La-Rioha vilayətindən senatordur.


Leo Afrikanus

Orta əsrlərdə bəzi tanınmış şəxslər müsəlmançılıqdan imtina edərək xristianlığı qəbul etmişdilər. Onlardan biri ərəb səyyahı Leo Afrikanus kimi tanınan Həsən Vəzzan Fəsidir (1488-1554). Zamanında məşhur Qeyrəviyyun (Mərakeş) universitetində mükəmməl təhsil alan Həsən səyahətlərin birindən dönərkən 1518-ci ildə dəniz quldurları tərəfindən oğurlanmışdı. İki il həbsdə saxlanılan Həsənin yanına daim keşişlər gedirdi ki, onu dinindən döndərsin. Bu, o zamankı Papa üçün olduqca mühüm idi – Osmanlı ilə savaş əsnasında müsəlman dünyasına yaxından bələd olan bir nəfər onun yanında olmalı idi. Nəhayət 1520-ci ildə Həsən xaç suyuna çəkilir və Leo adını qəbul edir. Papanın himayəsinə keçən Leo Romada ərəb dili dərsləri keçir, xristianları müsəlman elmləri ilə tanış edir və Afrikanın coğrafiyası barədə məlumatlandırır.


XI Georgi

Gürcüstanın 91-ci çarı XI Georgi (1651-1709) təbii ki, pravoslav idi. Lakin, Səfəvi dövlətinin tərkibində olan Gürcüstanda hakimiyyət uğrunda mübarizə başlayır, lakin son söz yenə də şahın idi. Beləliklə, Şah Süleyman qərara alır ki, gürcü şahzadəsi Georgini Tiflisə çar kimi göndərsin və onun əli ilə gürcü knyazlarının üsyanını yatızdırsın. 1676-1688-ci illərdə Kartli çarı olan gənc Georgi öz xidmətlərinə görə  Səfəvi xanədanının rəğbətini qazanır. Siyasi karyerada irəliləmək üçün çar İslamı qəbul edərək özünə Şahnəvaz adı seçir. Müsəlman olduqdan sonra XI Georgi Kerman, sonra isə Qəndəhər valisi təyin olunur. O, əfqan üsyanlarının yatızdırılmasında Səfəvi ordusuna başçılıq edir. Lakin, ayağı yer tutan Şahnəvaz Səfəvilərə qarşı gizli fəaliyyətə başlayaraq Gürcüstanın ayrılması barədə fikirlərə dalır. 1703-cü ildə yenidən Gürcüstan hakimi təyin olunan Şahnəvaz  arzularını gerçəkləşdirmək üçün şans əldə edir. Gürcüstanın müstəqilliyi üçün Qərb ölkələrinin dəstəyini almaq istəyən çar katoliszimi qəbul. Avropalılar ona yardım etməyə çalışsalar da, XI Georgi Səfəvi şahı tərəfindən yenidən Əfqanıstana müharibə üçün göndərilir və 1709-cu ildə buradaca həlak olur. 


Yadigar-Məhəmməd xan

Həştərxan xanının oğlu. Bir müddət Qazan xanı olan Yadigar-Məhəmməd xan (1522-1565) 20 yaşında ikən rus çarının xidmətinə gedir. Belə ki, o zamanlar Həştərxan artıq ruslardan asılı durumda idi və şahzadələrin çarın xidmətinə göndərilməsi bir zərurət idi. Yadigar-Məhəmməd xan İvan Qroznının Qazana hücümünda iştirak edir. Lakin, fikrindən daşınan Həştərxan şahzadəsi noqaylara qoşulur və ruslarla laqəsini kəsir. Qazan xanı Şah-Əli hakimiyyəti əldə saxlaya bilmədiyi üçün yerli əyan Yadigar-Məhəmmədi ölkəyə başçılıq etməyə fəvət edirlər. 30 yaşlı şahzadə təklifi qəbul edir. Lakin onun xanlığı bir neçə ay davam edir – 1552-ci ildə ruslar Qazanı işğal edirlər. Xan diri saxlanılsa da, dini dəyişməyə vadar edilir. 30 yaşlı xan xaç suyuna çəkilir, pravoslavlıqla birlikdə özünə Simeon Kasayeviş adı seçir. Yeni xristian Zveniqorod şəhərinə knyaz təyin olunur və rus əyanlarının biri ilə ailə qurur.


Emil Kusturitsa

Gəncliyində “The No Smoking Orchestra” rok-qrupunun üzvü olan məşhur serb kinorejissoru Emil Kuturitsa çəkdiyi filmlərə görə dəfələrlə mükafatlandırılmışdı. O, 1954-cü ildə Sarayevo şəhərində müsəlman serb ailəsində dünyaya gəlib. Valideyinləri ona Əmir adı qoymuşdular. 2005-ci ildə Kusturitsa elan etdi ki, onun qədim əcdadları Osmanlı fəthlərinə qədər pravoslav olmuşlar və bu səbəbdən o da dinini dəyişir. Özünə Emil adı seçən kinorejissor xanımı Maya ilə birlikdə Müqəddəs Savva Kilsəsinin təmirində iştirak edib. Pravoslav xalqlarının vəhdəti uğrunda səylərinə görə Rusiya patriarxı tərəfindən təltif edilib.


Dinini dəyişən müsəlmanların bununla birmir. Lakin, biz çalışdıq ki, İslamdan üz çevirənlərin arasından ən məşhur insanları seçək və onların bu addımının səbəblərini misal kimi göstərək. İrtidad dinimizdə ən böyük günahlardan sayılır. Qurani-Kərimdə bu barədə buyurulur: “Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.” (Ali-İmran:149) İrtidadın böyük günah olmasının səbəbi çox sadədir – Haqq o qədər aydın və aşkardadır ki, onu görməmək yalnız ciddi mənəvi xəstəlik və Allah düşməninə itaət üzündən baş verə bilər. Məqalə əsnasında buna şahid olduq. Çünki azsaylı qəhrəmanlarımızın əksəriyyəti dinlərini Haqq axtarışından başqa hər nə səbəb üzündən desəz dəyişiblər.

Mənəvi Dünya İctimai Birliyi

 





Aliexpress INT
11 Fevral, 2015  18:55 Baxılıb: 805 Çap

Bu bölmədə


XƏBƏR LENTİ












17 Aprel, 2018  10:49






13 Aprel, 2018  09:44

11 Aprel, 2018  21:41




10 Aprel, 2018  18:19


9 Aprel, 2018  11:21




6 Aprel, 2018  09:50








31 Mart, 2018  10:54









28 Mart, 2018  10:07

27 Mart, 2018  16:05