Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kürdəmirdə deputat-müxalifət qarşıdurmasında kim haqlıdır? - Eksklüziv

KXCP rayon şöbəsinin sədri: «Qəribov bizi bazara buraxdırmır”

Fərhad Qəribov: “İTV-dəki debatdan sonra onları eloğlu kimi yeyib-içməyə dəvət etdim, gəlmədilər”

Müsavat və Klassik Xalq Cəbhəsi partiyalarının Kürdəmir rayon təşkilatları rəhbərlərindən rayon polis şöbəsinə şikayət olunub. Ölkə.info-nun məlumatına görə, aprelin 7-də rayonun mərkəzi bazarında müxalifət nümayəndələrilə millət vəkili Fərhad Qəribovun adamları arasında qarşıdurma olub.

Səbəb kimi, müxalifət nümayəndələrinin Kürdəmir bazarındakı çayxanada bəzi məmurların ünvanına təhqiramiz ifadələr işlətmələri qeyd olunub.

Müsavat Partiyasının rayon təşkilatının sədri Baha Mikayılov və KXCP-nin rayon şöbəsinin sədri Əlyusif Məlikov F.Qəribovun oğlu, bazarın rəhbəri Zöhrab Qəribovun şikayəti əsasında şöbəyə çağırılaraq, dindiriliblər.

Ə.Məlikov Simsar.az-a açıqlamasında bildirib ki, parlament seçkiləri zamanı teledebatda rəqibi F.Qəribovun ünvanına səsləndirdiyi ittihamlara görə, deputatın qohumları ona təzyiqlər edirlər: «Qəribov bizi bazara buraxdırmır. Çayxanada oturub söhbət etməyimizə mane olurlar. O, bazarda işləyən kəndlilərini bizə qarşı qaldırır. Yalançı şahidlər tapıb guya bizim kimlərisə təhqir etdiyimizi iddia ediblər».

Məsələdə adı hallanan deputat Simsar.az-a açıqlama verib. O deyib ki, Ə.Məlikov və B.Mikayılov ona qarşı qara piar kampaniyası aparırlar: «Bütün məsələlərdə adımı hallandırırlar. İTV-dəki debatdan sonra onları eloğlu kimi yeyib-içməyə dəvət etdim, gəlmədilər. Mən onlara qarşı kin saxlamıram. Amma onlar düşmənçiliklərini davam etdirirlər».

Qohumları ilə müxalifətçilər arasında qarşıdurmanın olmasına gəlincə, F.Qəribov bu barədə məlumatsız olduğunu dedi: «Mən və qohumların elə səviyyəsiz adamlar deyil ki, kimlərisə çayxanadan qovsun».

Ruslan Xəlil







29 Aprel, 2011  18:13 Baxılıb: 2700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner