Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Qadın düşgünü, övladlarına qarşı simic Bill Qeyts – MARAQLI FAKTLAR

Dünyanın ən varlı adamlarından hesab edilən Micrasoft-un qurucusu Bill Qeyts haqda demək olar ki, nə az, nə çox bir neçə məlumata sahibik. Onun ABŞ-ın ən zəngin adamı olması, Micrasoft-un qurucusu olması və s bu kimi bilgilərdən əlavə öyrənmək istədiyiniz maraqlı məlumatlar da var.
İlk proqramını şagird ikən hazırlayan Qeyts bu proqramı General Elektrik markalı kompyüterə yazır.
Qeyts həm də qadın düşgünü idi. Hələ erkən yaşlarda onun tez-tez sinif dəyişməsinə səbəb də qızlar idi. O qızların daha çox olduğu sinifdə oxumağa üstünlük verirdi.
Bir çoxlarının arzusu olan Harvard Universitetindəki təhsilini yarımçıq buraxan Qeyts 1975-ci ildən etibarən bütün diqqətini Micrasoft-a ayırır.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərdən biri də elə dünyanın ən zəngin adamı olub. Bill Qeyts həm qanun pozuntusuna, həm də qırmızı işıqda keçdiyinə görə Meksikada gözaltına alınmışdı.

1997-ci ilə qədər təyyarədə daha ucuz yerlər alan Qeytsin hazırda özəl sifarişli yerləri var.

Rəsm əsərlərini vurğunu olan Qeyts məşhur rəssam Lionardo Da Vinçinin əlyazılarından ibarət olan Leicester Kolleksiyonunu almaq üçün kifayət qədər vəsait xərcləməli olub. Qeyts bunun üçün 1994-cü ildə, nə az, nə çox 30.8 milyon dollar xərcləyib.

Bəlkə də bir çoxlarına bədxərc kimi görünən Bill Qeyts haqda diqqətçəkici məqamalardan biri də onun övladlarına çox az məbləğdə miras qoymasıdır. 81,1 milyard dollarlıq sərvəti olan Qeyts buna  baxmayaraq hər övladına 10 milyon dollar miras qoyur. Bu qədər az mirasın qoyulmasının səbəbini isə Qeyts belə izah edir: “Gənc nəsilə çox miras qoymaq onlara pislik etməkdən başqa bir işə yaramaz”.

Görünür Qeyts övladlarının da alın təri ilə işləyib-qazanmasının tərəfdarıdır.

Ən yüksək balı 1600 olan SAT imtahanlarından (xüsusi bacarıq imtahanları) da uğurlu nəticə əldə edib, 1590 bal.

Ən qəribə fakt isə dünya zənginin heç bir xarici dil bilməməsidir. Bu onu çox məyus edir.

Nigar Məhərrəm






9 Fevral, 2015  20:11 Baxılıb: 1726 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner