Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Messi yenə şok yaratdı

Real Madrid Barselonaya uduzdu

"Şalke" "Mançester Yunayted"lə bacarmadı

Fanat: Çempionlar Liqasının yarımfinal mərhələsində ilk oyunlara start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə "Şalke" doğma meydanda "Mançester Yunayted"i qəbul edib. Qonaqların üstünlüyü ilə keçən matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissədə də hücumlarını davam etdirən "Qrmızı Şeytanlar" 67-ci dəqiqədə hesab açıblar. 2 dəqiqə sonra isə Runi komandasının ikinci qolunu vurub. Meydan sahibləri nə qədər çalışsalar da rəqib qapısına yol tapa bilməyiblər. Matç 0:2 hesabıyla qonaqların qələbəsi ilə başa çatıb.
İkinci oyun günündə isə bütün dünyanın gözlədiyi növbəti "El Klassiko" baş tutub. Çempionlar Liqasında da üz-üzə gələn əzəli rəqiblərin bu, 18 gün içində gerçəkləşən III dueli olub. Sonuncu dəfə İspaniya Kubokunda qarşılaşan "Barselona" - "Real Madrid" matçında madridlilər minimal hesabla qalib gəlmişdi. Bu görüşdə də hansınısa favorit göstərmək çox çətindi idi.
Matçın ilk hissəsində hesab açılmadı. Qarşılıqlı hücumlarla keçən görüşün 61-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Pepe meydandan qovulur. Pepe meydandan çıxdıqdan az sonra qonaqlar hesabı açırlar. 67-ci dəqiqədə komanda yoldaşından qapı qarşısına ideal ötürmə alan Messi komandasının ilk qolunu vurur. Bu qoldan sonra madridlilər daha da zəif çıxış etməyə başlayırlar. Katalonların hücumlarının ardı-arası kəsilmir. 87-ci dəqiqədə Messi fərdi ustalığı sayəsində 4 müdafiəçinin arasından sıyrılaraq keçir və özünün və komandasının ikinci qolunu vurur. Matç 0:2 hesabıyla katalonların qələbəsi ilə başa çatır.

Çempionlar Liqası
Yarımfinal

İlk oyun
26 aprel

Şalke - Mançester Yunayted 0:2
Qollar: Giqqz, 67, Runi, 69.

27 aprel
Real - Barselona 0:2
Qollar: Messi, 76, 87.






28 Aprel, 2011  12:58 Baxılıb: 1281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner