Italiyada “Ferrari”nin yeni modeli hazırlanıb. Ancaq bu dəfəki “Ferrari” fərqli funksiyanı yerinə yetirir.
Simsar.az xəbər verir ki, Livio De Marxi adlı italyan dünyada məşhur olan avtomobili adət olunandan fərqli olaraq taxtadan hazırlayıb. O bununla kifayətlənməyib qayığa çevirdiyi “Ferrari”ni suda üzdürüb.
Qeyd edək ki, bu, Livio De Marxinin taxtadan düzəltdiyi ilk qeyri-adi əşya deyil. Belə ki, o müxtəlif vaxtlarda taxtadan şlyapa, çanta, kitab rəfi və kitablar, palto, yuyunan insan fiqurları hazırlayıb.
Ülviyyə