Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Boksçularımız Mayamiyə yollanır

ABŞ-ın Mayami şəhərində təlim-məşq toplanışı keçəcəklər

2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli döyüşlərdə iştirak edəcək Azərbaycan boksçuları – Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) ABŞ-ın Mayami şəhərində təlim-məşq toplanışı keçəcəklər. 

Lent.az-ın məlumatına görə, hər iki idmançı WSB Liqasının fərdi reytinq cədvəlində ilk yerləri tutduqlarından, olimpiadaya vəsiqə uğrunda görüşdə iştirak hüququ qazanıblar.
Azərbaycan Boks Federasiyası Çinin Quanyanq şəhərində keçiriləcək döyüşlərin peşəkar qaydalara uyğun olacağını və qarşılaşmanın 7 raund davam edəcəyini nəzərə alaraq, yığmanın üzvlərini Mayamiyə göndərməyi məqsədə uyğun sayıb. Həmin şəhərdə peşəkar boksçuların əsas hazırlıq mərkəzlərindən biri yerləşir. Orada Amerikanın ən tanınmış boks mütəxəssisləri idmançılarımıza hazırlıq keçəcəklər. Migitinov və Məcidovla birgə “Baku Fires” klubunun baş məşqçisi Həmzət Ağayev də ABŞ-a yollanacaq.


Qeyd edək ki, boksçularımız WSB Liqasında mövsüm başlamamışdan öncə də Mayamidə toplanış keçmişdilər. Migitinov lisenziya uğrunda mayın 27-də ukraynalı Segey Derevyançenko, Məcidov isə ertəsi gün italiyalı Klemente Russo ilə döyüşəcək. Boksçularımız mayın 29-da Bakını tərk edəcəklər və onlar ABŞ-dan birbaşa döyüşün keçiriləcəyi Çinə yollanacaqlar.






28 Aprel, 2011  01:11 Baxılıb: 1326 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner