2015-2016 mövsümündə Premyer Liqa iştirakçılarının sayı artırılacaq.
Simsar.az-ın məlumatına görə, PFL növbəti mövsümü 12 klubun iştirakı ilə keçirməyi planlaşdırır.
"Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasından sonra 9 komandanın iştirak etdiyi çempionata 1-ci diviziondan klubların cəlb edilməsi gözlənilir.
Beləliklə, aşağı dəstədə ilk 3 pilləni tutmuş kollektivlər növbəti mövsümdən Premyer Liqada təmsil olunmaq şansı əldə edəcəklər.