Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Ronaldo 40 yaşına qədər oynayacaq”

“Ronaldo futbolla “Real Madrid”də vidalaşacaq. O, 40 yaşına qədər oynayacaq”.

Simsar.az xəbər verir ki, bu sözləri portuqaliyalı ulduzun meneceri Xorxe Mendes deyib. “Globo Esporte”yə müsahibə verən Mendes Ronaldonun karyerası ilə bağlı sualları cavablandırıb.

Futbolçunun Madriddə xoşbəxt olduğunu vurğulayan menecer onun “Real”ı tərk etmək barədə düşünmədiyini bildirib. Ronaldonun karyerasının sonunadək İspaniyada qalmağı planlaşdırdığını qeyd edən Mendes: “Raul və Alfredo Di Stefanoya hörmətim sonsuzdur. Amma Ronaldonun bu komandaya bəxş etdiyi uğurlardan sonra “7” nömrəli forma muzeydə saxlanılmalıdır”, - deyib.

Ronaldonun bu mövsüm 35 qol vurduğunu dilə gətirən Xorxe Mendes futbolçunu dünyanın ən yaxşısı hesab edir: “İnanmıram, gələcəkdə Ronaldonun rekordunu kimsə təzələsin. Onunla dünyanın ikinci ən yaxşı futbolçusu arasında böyük bir fərq var”.

Portuqaliyalı ulduzu “Real Madrid”in lideri adlandıran menecer komandanın uğurlarında əsas pay sahibi kimi Ronaldonun adını qeyd edir: “5-6 il əvvəl hər kəs “Barselona”nı dünyanın ən güclüsü hesab edirdi. İndi isə vəziyyət dəyişib. “Real Madrid” böyük uğurlar əldə etməkdədir. Bu uğurların başında isə Ronaldonun adı gəlir”.

 

Vüsal Məmmədzadə







27 Dekabr, 2014  16:43 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner