Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Elnur Məmmədli ikiqat Avropa çempionu oldu!

İstanbul şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanıb

2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

Simsar.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşündə Pavlos Qkaraklovu (Yunanıstan) 65 saniyəyə ipponla məğlub edib.

Ardından o, Srcan Mrvaljeviçi (Çernoqoriya) 81 saniyəyə üstələyib. Növbəti görüşündə Murat Xabaşirovu (Rusiya) xal hesabı ilə yenən Məmmədli ¼ finalda Tomislav Maryanoviçə (Xorvatiya) də 127 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda olimpiya çempionumuzun rəqibi Alen Şmitt (Fransa) olub. Rəqibinin yuka xalına vazari ilə cavab verərək, finala yüksəlib. Bununla da cüdoçumuz ən azı gümüş medalı təmin edib. Məmmədlinin finaldakı rəqibi Sergiu Toma (Moldova) olub. Cüdoçumuz görüşün 195-ci saniyəsində ipponla qalib gəlib.

Bununla da Elnur Məmmədli karyerasında ikinci dəfə Avropa çempionu olub. Daha öncə o, 2006-cı ildə də bu adı qazanıb.

Aprelin 22-də mübarizəyə qoşulan digər 4 cüdoçumuz isə çıxışlarını erkən dayandırıb. 81 kq çəkidəki daha bir təmsilçimiz Elxan Rəcəbli elə ilk görüşdə Aleksandr Stsyaşenkoya (Belarus) yenilib.

73 kq çəkidəki cüdoçularımızdan Renat Mirzəliyev ilk görüşdə Yuri Leuya (Moldova) qalibə gəlsə də, növbəti cəhdində Tomaş Adamekə (Polşa) uduzub. Ramil Qasımov isə ilk görüşdəcə Tengiz Papoşviliyə (Gürcüstan) yenilib.

63 kq çəkidə yer alan qadın cüdoçumuz Ramilə Yusubova ilk görüşdə Ester Qaspara (Macarıstan) qalib gəlsə də, növbəti qarşılaşmasında Anika van Emdenə (Hollandiya) məğlub olub.

Qeyd edək ki, ilk yarış günündə cüdoçularımızdan Tərlan Kərimov (66 kq) gümüş medal qazanıb. Aprelin 23-də son 4 təmsilçimiz - Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq) tatamiyə çıxacaqlar.






23 Aprel, 2011  15:20 Baxılıb: 1450 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner