Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Elnur Məmmədli Avropa Çempionatının finalında

Cüdo üzrə Avropa çempionatı davam edir

Türkiyənin İstanbul şəhərində Azərbaycan yığmasının da iştirakıyla keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Simsar.az "Azerisport"a istinadən xəbər verir ki, yarışların ikinci günündə də 5 idmançımız şansını sınayır.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramil Qasımov ilk mərhələdə istirahət edib. Onun növbəti mərhələdəki rəqibi isə Uqo Leqranda (Fransa) qalib gələn Tengiz Papoşvili (Gürcüstan) olub. Lakin qonşu ölkə təmsilçisi idmançımızı da məğlub edib və Qasımov AÇ ilə elə startdaca vidalaşıb.

Bu çəki dərəcəsindəki digər təmsilçimiz Renat Mirzəliyev startda Moldova idmançısı Yuri Leunu mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə eyni aqibəti polşalı Tomaş Adamiçə yaşatmaq lazım olsa da, Renat bu vəzifənin öhdəsindən gələ bilməyib.

81 kq-da isə bütün diqqətlər olimpiya çempionumuz Elnur Məmmədliyə yönəlib. O, startda yunanıstanlı Pavlos Gkaraqklovla münasibətlərinə aydınlıq gətirib və asan qələbəyə sevinib. Növbəti mərhələdə idmançımız çernoqoriyalı Srdjan Mrvaljeviçi mübarizədən kənarlaşdırıb. Elnurun 3-cü rəqibi isə rusiyalı Murat Xabaçirov olub və onu da məğlub edərək, 1/4 finala adlayıb. Ardından Tomislav Mariyanoviçə (Xorvatiya) qalib gələn həmyerlimiz yarımfinala çıxıb. Elnur həlledici görüşə vəsiqə uğrunda fransalı Alan Şmitə də qalib gəlməyi bacarıb. Qızıl medal uğrunda mübarizədə olimpiya çempionumuz moldovalı Sergiu Toma ilə döyüşdən də qalib ayrılmalıdı.

Eyni çəki dərəcəsində yığmamızın digər üzvü Elxan Rəcəbli isə startda belaruslu Aleksandr Staşenko ilə döyüşdən qalib ayrılmalıydı. Lakin Rəcəbli də start döyüşündən məğlub ayrılaraq, qitə birinciliyindəki çıxışını erkən dayandırmalı olub.

Qadın cüdoçularımızdan isə bu gün Ramilə Yusubova (63) medal qazanmağa çalışacaq. Bunun üçün o, öncə macarıstanlı Ester Qasparı yolundan kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdə isə rəqib hollandiyalı Aniçka van Emden idi. Təəssüf ki, Ramilə də məhz bu mərhələdə rəqibiniə uduzaraq, yarışlardan kənar qalıb.

Qeyd edək ki, bu Avropa çempionatı lisenziya xarakterlidi. Turnirin hər bir qalibi 180 reytinq xalı toplamış olacaq. Komandamız isə yarışların ilk günündə 5 idmançıyla mübarizəyə başlasa da, sadəcə Tərlan Kərimovla gümüş medal qazana bilib.






23 Aprel, 2011  00:51 Baxılıb: 1928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner