Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Rəşad Sadıqov millidən gedir?

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovla bağlı çox maraqlı bir məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, "Qarabağ"da da kapitan sarğısını daşıyan Sadıqov cari seçmə mərhələnin sonunda millidən gedəcək.

Belə deyək, 2015-ci il Rəşad üçün millidə son oyunlar olacaq. Bunun isə bir sıra səbəbləri var. İlk səbəblərdən biri yaşdır. Çoxları yaşı düşünə bilər ki, Rəşadın gələn il 33 yaşı olacaq və futbolçu formada olarsa lap 35-36 yaşına kimi də millidə oynaya bilər. Amma bir məsələ də var ki, DÇ-2018-in seçmə qrup oyunlarına 2016-cı ilin payızında start veriləcək ki, o zaman da Sadıqovun artıq 34 yaşı olacaq.

Digər bir əsas səbəb zədə ilə bağlıdır. Belə ki, onun köhnə zədələri tez-tez başq aldırır və həm klubda həm də millidə eyni güclə oynamağa imkan vermir. Razılaşın ki, həm "Qarabağ"da, həm də millidə eyni anda eyni səviyyədə oynamaq üçün çox güc lazımdır. Sadıqov isə zaman-zaman zədələrdən şikayət edir.

Üçüncü bir səbəb yeni baş məşqçisi Robert Prosineçkinin gələcəyin komandasını qurması və daha çox 23-24 yaşlı futbolçulara üstünlük verməsidir. Belə ki, daha çox DÇ-2018-i düşünən AFFA rəhbərliyi də Prosineçkinin qarşısında millini gəncləşdirməyi hədəf qoyub. Çünki hazırda 31-32 yaşı olan futbolçunun 2018-ci ildə 35-36 yaşı olacaq ki, bu da millidə aparılacaq gəncləşdirmə siyasəti ilə üst-üstə düşmür.

Bu səbəblərdən də Rəşad karyerasının son illərini "Qarabağ"a sərf etməyi düşünür.

Qeyd edək ki, futbolçu hələ tam olaraq qərarını verməsə də artıq böyük ölçüdə bu addımı atmağı planlaşdırır.

 






13 Dekabr, 2014  17:53 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner