Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“UEFA-nın bazar ertəsi verəcəyi cavabı gözləyirik” – ƏMRAH ÇƏLİKƏL

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə keçirilən son oyunda baş hakim Miroslav Zelinkanın qeydə almadığı qolla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinə müraciət edib.

Simsar.az-ın xəbərinə görə, bu barədə "Report.az"a klubun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəlin sözlərinə görə, müraciətdə həm qolun qeydə alınmaması, həm də matçın əlavə edilmiş vaxtdan daha tez bitdiyi qeyd edilib:

"Artıq Türkiyədəki vəkil vasitəsilə müraciət edilib. Bazar ertəsi qurumun cavabını gözləyəcəyik. Azərbaycan klublarına haqsızlıq etməyin nə demək olduğunu onlara göstərməliyik. Biz haqqımızı bərpa etməyə, nəticə ləğv olunmasa belə, referinin cəzalanmasına çalışacağıq".

Klub rəsmisi çexiyalı referinin "Qarabağ"ın qolunun qeydə alınmamasının siyasi motivlərlə bağlı olmasına isə bu cür münasibət bildirib: "Dəqiq bilmədiyimiz bir məsələyə münasibət bildirmək çətindir. Üstəlik, mənim bu cür fikir söyləməyim düz deyil. Amma versiyalardan biri də bu ola bilər. Əsas odur ki, bizim haqqımız tapdalanıb və bütün dünya görüb. Bu da UEFA-nın bir eyibidir".

Qeyd edək ki, "İnter"lə oyunun 90+3-cü dəqiqəsində baş hakim Miroslav Zelinka "Qarabağ"ın futbolçusu Riçard Almeydanın qolunu qeydə almayıb.

 






13 Dekabr, 2014  15:05 Baxılıb: 944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner