Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“M.Y.” – “Liverpul”, “Milan” – “Napoli”, “Portu” – “Benfika” – Meydanlarda həftəsonu

Bu həftəsonu Avropanın yaşıl meydanlarında futbol həyəcanı davam edəcək. Simsar.az xəbər verir ki, maraqla gözlənilən oyunlardan biri İngiltərə “Premyer Liqa”sında baş tutacaq. Lüi van Qalın gəlişindən sonra özünə gəlməyə başlayan “Mançester Yunayted” işləri qaydasında getməyən “Liverpul”u qəbul edəcək. Çempionlar Liqasında mübarizəni dayandıran “mersisaydlılar” bütün ümidlərini çempionata bağladıqlarını nəzərə alsaq, qarşılaşmanın gərgin keçəcəyini deyə bilərik.

İtaliya “A Seriya”sında isə bu tur “Milan” – “Napoli” matçı ilə yadda qalacaq. Hazırda 7-ci pillədə qərarlaşan “rossoneri” qələbə qazanacağı təqdirdə “Napoli”yə çatacaq.

İspaniya “La Liqa”sının 15-ci turu çərçivəsində keçiriləcək “Atletiko Madrid” – “Vilyarreal” oyunu da maraqlı mübarizə vəd edir.

“Bundesliqa”da bu həftəsonu “Bayer Leverkuzen” – “Borussiya Münhenqladbax” görüşü baş tutacaq. Hazırda eyni xala sahib olan komandalar zirvə yarışından qopmamaq üçün qələbə qazanmağa çalışacaqlar.

Portuqaliyada isə əzəli rəqiblər “Portu” və “Benfika” üz-üzə gələcəklər.

Bu həftənin ən maraqlı görüşlərindən ibarət afişanı diqqətinizə çatdırırıq:

13 dekabr

21:30. “Arsenal” – “Nyukasl”

14 dekabr

15:30. “Yuventus” – “Sampdoriya”

17:30. “Mançester Yunayted” – “Liverpul”

18:30. “Bayer Leverkuzen” – “Borussiya Münhenqladbax”

19:45. “Feyenoord” – “AZ Alkmaar”

22:00. “Atletiko Madrid” – “Vilyarreal”

23:45. “Milan” – “Napoli”

00:00. “Porto” – “Benfika”

Vüsal Məmmədzadə

 






13 Dekabr, 2014  13:28 Baxılıb: 788 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner