Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Moskvada Tofiq Bəhramovun xatirəsinə mini futbol turniri keçiriləcək

Dekabrın 13-də Moskvanın “Krılatskoye” İdman Sarayında Tofiq Bəhramovun xatirəsinə həsr olunan mini futbol üzrə II beynəlxalq turnir keçiriləcək.

Simsar. az xəbər verir ki, bununla əlaqədar şəhər meriyasının mətbuat mərkəzində mətbuat konfransı təşkil edilib. Bildirilib ki, Moskva şəhəri regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla iş departamenti və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ölkəmizin səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdikləri yarışda 14 komanda iştirak edəcək.

Moskva meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anastasiya Qorşkova mətbuat konfransında deyib ki, yarış rəqabət meydanından çox idman bayramını xatırladacaq. O vurğulayıb ki, turnir Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. A.Qorşkova turnirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın Moskvadakı diaspor təşkilatlarına, xüsusilə Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevə təşəkkürünü bildirib.

Azərbaycan səfirliyinin diasporla iş üzrə müşaviri Aqşin Əliyev turnirin təşkilində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB-yə, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Diplomat vurğulayıb ki, bu il turnirdə Azərbaycan və Rusiya komandaları ilə yanaşı, Slovakiya səfirliyinin və türk diasporunun nümayəndələri də iştirak edəcəklər.

RAGB-nin idarə heyətinin üzvü Ayan Həsənova turnirin bədii hissəsindən danışaraq qeyd edib ki, tamaşaçılar qarşısında Azərbaycanın və Rusiyanın tanınmış ifaçıları çıxış edəcəklər. Sarayın foyesində Heydər Əliyev Fondunun çap etdirdiyi jurnallar və kitablar sərgilənəcək, tədbirin balaca qonaqları üçün isə əyləncəli animasiya zonası təşkil olunacaq. Bundan əlavə, təşkilatçılar Tofiq Bəhramovun həyat və fəaliyyətindən bəhs edən film də hazırlayıblar.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev mini futbol turnirinin Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsində rolundan, ÜAK komandasının yarışa həvəslə hazırlaşmasından danışaraq qeyd edib ki, bu cür tədbirlər Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev, Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin rektoru Vaqif Bayramov də iştirak ediblər.

 






12 Dekabr, 2014  14:55 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner