Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

KİV-in qeydiyyatı başlayır - Bakı 2015 Avropa Oyunları

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar olaraq mətbuat nümayəndələrinin akkreditasiyası prosesini açıq elan etmişdir.

Bakı 2015 Avropa Oyunlarında iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər.

Mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız, yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur.

Müraciət üçün son tarix 6 mart 2015-ci ildir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq.

Mətbuat Ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün Oyunlar müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “İlk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq və artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakı şəhərinə dəvət etməyə çox şadıq.

Oyunlarda iştirak etmək istəyən bütün mətbuat nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırmaq istərdim.”

Mətbuat Ekstranetinə daxil olmaq və qeydiyyatdan keçmək üçün ətraflı məlumatı buradan əldə edə bilərsiniz: http://www.baku2015.com/az/news/press-extranet






12 Dekabr, 2014  12:40 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner