Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Bakıya gəzməyə gəlməmişik” - MANÇİNİ

"İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

-Türkiyədə çalışmağınız “Qarabağ”la oyuna köməklik göstərə bilər?

- Türkiyədə işləməyimin əhəmiyyəti yoxdur. “Qarabağ”ı yaxşı təhlil etmişik. Bura qələbə üçün gəlmişik.

- “İnter” “Udineze” ilə iki hissədə fərqli oynadı. Bu, yorğunluqla bağlıdır, yoxsa başqa səbəbi var?

- Düşünmürəm ki, burada fiziki amilin rolu var. Biz həmin görüşdə də yaxşı çıxış etdik.

- Razısınızmı, “İnter” və “Qarabağ” qrupda ən zəif hücum xəttinə malik olan komandalardır?

-Bunu deyənlərdən soruşsanız yaxşı olar. Düşünmürəm ki, hücum  xəttimiz zəifdir. Əlbəttə ki, həm “Qarabağ”ın, həm də “İnter”in hücumçuları güclüdür. Bura gəzməyə yox, qələbə qazanmağa gəlmişik.

- “Qalatasaray”dakı uğursuzluğunuz hazırda “İnter”də də davam edir. Bunun səbəbi sizdədir, yoxsa komandalarda?

- Siz yəqin “Qalatasaray”ın ötənilki oyunlarını yaxşı izləməmisiniz. “İnter” hazırda 12-ci pillədə olsa da,  irəli getməyə çalışırıq.






10 Dekabr, 2014  20:38 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner