Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Örüşlərin məhsuldarlığı bərpa olunur

Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutunun  əməkdaşları Gədəbəy rayonun Slavyanka kəndində tədqiqat işləri aparıblar.

İnstitutdan Simsar.az-a verilən məlumata görə, tədqiqatın məqsədi eroziyaya uğramış kəndətrafı örüşlərin məhsuldarlığının bərpasıdır. Gədəbəy rayonu Kiçik Qafqazın  şimal - şərq yamacında yerləşərək 1290 km2  əraizni əhatə edir. Geoloji qurluşunun mürəkkəbliyinə görə geniş ərazili regionlarla müqayisə edilə bilər. Burada həm mezozoy, həmdə kaynazoy yaşlı süxurlar üstünlük təşkil edir. Torpaq örtüyü – hava şəraitinin nisbətən sərin və yağıntılı keçməsi müxtəlif  çeşidli  bitki  örtüyünün  inkişafına səbəb olur ki, bu da öz növbəsində torpağı üzvi qalıqlarla zənginləşdirir, humusun miqdarını artıraraq qara torpaqların formalaşmasında mühüm rol oynayır.

Tədqiqat obyekti olan Gədəbəy rayonun  Slavyanka kəndi orta dağ – meşə qurşağında yerləşdiyindən və ərazinin meyiliyi yüksək olduğundan burada eroziyaya məruz qalmış və eroziya təhlükəli ərazilər böyük sahə tutur.

Antorpogen amillərin təsiri nəticəsində heyvanların sistemsiz otarılması, ağac və kolların sistemsiz qırılması, aqrotexniki qaydalara düzgün əməl edilməməsi nəticəsində torpağın üzərini xalı kimi örtən ot örtüyünün deqradasiyaya uğraması  burada qar və  yağış sularının, qismən küləyin təsiri nəticəsində torpaq örtüyünü eroziyaya uğradır. Eroziyaya uğramış  torpaqların qida elemetləri  yuyulur, fiziki - kimyəvi və su – fiziki xassələri pisləşir, otlaq və örüşlərin məhsuldarlığı aşağı düşür  və  bu da heyvandalığa ciddi zərər vurur.

Bu səbəbdən Gədəbəy rayonu Slavyanka kəndi ərazisində zəif və orta dərəcədə eroziyaya məruz qalan, karbonatlardan yuyulan dağ-qara torpaqları üzərində çoxillik ot bitkilərindən (xaşa), mineral kübrələrdən  və  aqrotexniki tədbirlərdən istifadə etməklə çöl – tədqiqat işləri yerinə yetirilib.

Aparılan tədqiqatların nəticələrindən belə qənaətə gəlmək olar ki, həm torpağın, həm də bitki örtüyünün məhsuldarlığı kifayət qədər artıb.

Milli sərvətimiz olan örüş və otlaqları ekoloji yüklənmədən və sistemsiz mal-qara otarılmasından qorumaq, vətədaşlarımızın ərzaq təhlükəsizliyini təmin etmək üçün torpaqdan düzgün istifadənin elmi əsaslarını öyrənmək baxımından aparılmış tədqiqat işinin əhəmiyyəti böyükdür.

 

Aysel Kərimova

 






10 Dekabr, 2014  18:23 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner