Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Qladiatorlar haqqında inanılmaz həqiqətlər

Qladiator filmlərində gördüyümüz qladiator tipləri həqiqətə uyğundurmu?

Bu adamlar şam ağacı kimi gövdəli, bir oturuma bir quzu yeyən, qəddar baxışlı, qayda-qanun tanımayan, içki içib ətrafını cəhənnəmə çevirən kobud məxluqlarmı olub?

Simsar.az xəbər verir ki, Türkiyədə iki yerdə aparılan qazıntılarda əldə edilən tapıntılar beynimizdə canlandırdığımız qladiator tipindən çox fərqli bir görüntü ortaya qoyub.

Alman arxeoloqlarının Asos yaxınlığındakı Aleksandr Troya da apardıqlarıqazıntılarda 180 sm hündürlüyə  və 90 sm genişliyə malik nəhəng mərmər bir lövhə tapıblar. Lövhənin üzərində dünyanın yazılı ilk məşq qaydaları yer aldığı məlum olub. Qaydaları qoyan isə  Roma imperatoru Hadrianusdur.

Lövhədə qaydaların sıralanmış məşq tərifləri verilir və mizrab atma yarışlarına giriş hesabları bildirilir. Bundan başqa  lövhədə qladiatorlara qoyulan qadağalardan da bəhs edilir. Başda qladiatorların uyğunsuz, disiplinsiz davranışları, həddindən çox içki içmələri və qadınların arxasınca qaçmalarıı kimi qadağalar yer alıb. Efesdəki qazıntılar zamanı çıxarılan 68 skeletin Viyandakı tibb fakültəsində aparılan araşdırmalar isə qladiatorların təəəcüb doğuracaq dərəcədə qısa boylu olduğunu göstərir. Bu nəticə tapıntılarla da sübut olunub. Məlum olub ki, qladiatorların əsas yeməkləri lobya, arpa və qurudulmuş meyvədən ibarət olub. Daha bir araşdırma nəticəsində məlum olub ki, qladiatorların  ya ürəklərinə sancılan bir mizrab, ya başlarını qopardan bir qılıncla, ya da şir pəncəsinin zərbəsiylə arenalarda tələf olmayıblar.  Çoxunun ölümünə natəmiz gigiyenik şərait səbəb olub. Aldıqları əhəmiyyətsiz yara və sıyrıqları istidən və natəmizlikdən infeksiya qaparaq bu insanları o biri dünyaya yola salıb. İnsanlığın bu qəribə təmsilçilərinin boyları kimi ömürləri də qısa olub.  Ən çox ömür sürən qladiator 55 il həyatda qala bilib.

Günel

 






10 Dekabr, 2014  15:20 Baxılıb: 1785 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner