Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bu gün Futbol Günüdür

Hər il 10 dekabr Ümumdünya Futbol Günü kimi qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına əsasən təsis edilib.

Simsar.az xəbər verir ki, bu, planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub.

Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, Çsu Çyu adlandırılıb, mənası "ayaqla itələmək" deməkdir.

Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdu. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər.

Əsrlər öncə müxtəlif xalqlar ayaqla top oynamışlar. Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada belə oyunlar daha çox yayılıb. Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun "top uğrunda mübarizə" adlandırılıb.

İlk dəfə isə 1863-cü ildəİngiltərədə indiki futbol oyunun rəsmi qaydaları və şərtləri müəyyənləşdi.

Qeyd edək ki, Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub. İlk çempion isə Bakının "Cənub inşaatçısı" komandası olub.

 






10 Dekabr, 2014  09:30 Baxılıb: 860 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner