Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Beynəlxalq Atçılıq Federasiyasının illik iclası BAKIDA

Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəvəti əsasında Bey-nəlxalq Atçılıq Federasiyası öz ali orqanı olan Baş Assambleyasının illik iclasının 2014-cü ilin 11-14 dekabr tarixlərində Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib.

Simsar.az xəbər verir ki, mövcud təcrübəyə əsasən növbəti il üçün Baş Assambleyanın keçiriləcəyi şəhər və tarixlər Beynəlxalq Atçılıq Federasiyasının idarə heyətinin üzvləri tərəfindən müəyyən olunur. Ötən ilin noyabr ayında İsveçrənin Montrö şəhərində keçirilmiş Baş Assambleya ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqdimatı bəyənilmiş və şəhərimiz bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək hüququnu qazanıb.

Paytaxtımızın müasir simvollarından sayılan Fairmont mehman-xanasındatəşkil olunacaq tədbirdə iştirak etmək üçün Beynəlxalq Atçılıq Federasiyasının prezidenti İordaniya şahzadəsi Ülyahəzrətləri Haya Bint Əl Hüseynin və bir sıra digər tanınmış atçılıq nümayəndələrinin ölkəmizə səfərlərinəzərdə tutulub.

Baş Assambleyanınbu iclasında Federasiyanın yeni Prezidentinin seçiləcəyi ilə əlaqədar tədbir beynəlxalq atçılıq ictimaiyyətinin ciddi diqqət mərkəzində olacaq. Hazırda bu vəzifəyə Belçikalı İnqmar De Vos, Fransalı Pier Durand, İsveçrəli Pier Genesand, Danimarkalı Ulf Helqstrand, İngiltərəli Con Mak İven və İspaniyalı Xavier Revuelta Del Peralın namizədlikləri irəli sürülüb.  Namizədlərdən İngiltərəli Con Mak İven Beynəlxalq Federasiyanın vitse-prezidenti, İnqmar De Vos isə hal-hazırki baş katibidir.

İclasda iştirak üçün 350-dən çox nümayəndə qeydiyyatdan keçmişdir. Bu indiyədək keçirilən Baş Assambleyalar tarixində rekord göstəricidir.

11 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən qonaqların şərəfinə şam yeməyi təşkil olu-nacaqdır. 13 dekabr 2014-cü il tarixdə Beynəlxalq Federasiyanın prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn tərəfindən xüsusi kokteyl veriləcək. Tədbirin Qala Gecəsi 14 dekabr 2014-cü il tarixdə “Buta Palace”dəBeynəlxalq Atçılıq Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən birgə təşkil olunacaq.Qala Gecəsində ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. bunun kimi nominasiyalar üzrə təltifləndirmə keçiriləcək.

Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə 11, 12, 13 dekabr tarixlərində şəhər turları təşkil olunacaqdır. Gəzintilər Xal-çaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edəcək.

 






9 Dekabr, 2014  17:02 Baxılıb: 876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner