Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Yuventus” “Atletiko”ya, “Qalatasaray” “Arsenal”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna start veriləcək. Simsar.az xəbər verir ki, oyun günündə 8 görüş keçiriləcək.

Günün maraqlı qarşılaşmalarından biri “B” qrupunda keçiriləcək. 1/8 final mərhələsi uğrunda mübarizə aparan “Liverpul” “Bazel”i qəbul edəcək. İsveçrə klubuna heç-heçə kifayət edirsə, “mersisaydlılar” mütləq qələbə qazanmalıdırlar.

“A” qrupunda “Yuventus” növbəti mərhələyə vəsiqəni təmin etmək üçün Madrid “Atletiko”sundan 1 xal almağa çalışacaq. Qrupun digər matçında “Olimpiakos”la “Malmö” münasibətlərə aydınlıq gətirəcək.

Avrokuboklarda mübarizəni vaxtından əvvəl dayandıran “Qalatasaray” “Arsenal”la görüşdə təsəlli tapmaq arzusundadır. Qrupun digər görüşündə isə “Borussiya” “Anderlext”i əliboş yola salmaqla zirvəni təmin etmək niyyətindədir.

Günün proqramını diqqətinizə çatdırırıq:

A qrupu

23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya)

23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç)

B qrupu

23:45."Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə)

23:45."Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan)

C qrupu

23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya)

23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya)  - "Anderlext" (Belçika)

23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə)

Vüsal Məmmədzadə

 

 

 






9 Dekabr, 2014  14:09 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner