Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan Rusiyadan 7 medalla qayıdır

Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Simsar.az xəbər verir ki, Azərbaycan millisi turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək, 1-ci pilləyə yüksəlib. Kamran Şahsuvarlı (75 kq) yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli də vətənə gümüş medalla dönüb. Həmyerlimiz finalda litvalı Tadas Tamaşauskasa məğlub olub.

Dörd boksçumuz – Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91kq) bürünc medalla kifayətləniblər.

Millimiz Rusiya, Rusiya-2, Özbəkistandan sonra ümumkomanda hesabında 4-cü yeri tutub.

Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edib.

 






8 Dekabr, 2014  10:17 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner