Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yaşları azaldıldı, yarışdan qovuldu - İDMAN

İdman Məktəblərinin VII Respublika Oyunlarının Balakəndə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə final mərhələsi zamanı yaşı süni şəkildə azaldılan 2 idmançı aşkarlanıb. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin idman məktəbləri sektorunun müdiri Mütalib Həsənov məlumat verib.

Onun sözlərinə görə, saxtakarlıq nazirliyin 11 yaşdan yuxarı idmançılar üçün hazırladığı holoqramlı və şəkilli vəsiqə ilə çəkiölçmə zamanı üzə çıxıb. Başqasının vəsiqəsi ilə çəkiölçməyə gələn bakılı güləşçilər yarışa buraxılmayıb. Onların məşqçilərinə isə xəbərdarlıq elan olunub: "İstəməzdik ki, belə halların qarşısını inzibati yollarla alaq. Daha çox pedaqoji metoda üstünlük veririk. Psixoloji amilləri nəzərə alaraq, həmin idmançıların və məşqçilərin adlarını ictimaiyyətə açıqlamırıq".

M.Həsənov bildirib ki, yaş saxtakarlığına qarşı mübarizədə son illər ciddi nailiyyətlər əldə olunub: "5-6 il öncəyədək aşağı yaş qrupları üzrə idmançıların 80 faizi "lipa" idisə, indi buna nadir hallarda rast gəlinir. Çünki biz 11 yaşdan yuxarı bütün idmançıları qeydiyyatdan keçirmişik".






4 Dekabr, 2014  11:30 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner