Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Təkcə insanlar deyil, quşlar da boşanır

Təbiətin özünəməxsus qaydaları və həyat şərtləri var. İnsnalarda olduğu kimi digər canlılarda da artım ən əhəmiyyətli şeylərdən biridi. Bunun üçün iki canlının bir həyatı paylaşması və evlənməsi lazımdır. Hər evlilik mütləq sonsuza qədər davam etmlidir deyə bir qanun da yoxdur təbii ki... İnsanların evləndikdən sonra boşanması nə qədər təbii qəbul edilirsə, digər canlıların da boşanmaları bir o qədər təbiidir. Söhbətin nədən getdiyini anlamanız üçün sizi çox intizarda qoymaq istəmirəm. Söhbət evlənib boşanan quşlardan gedir. “Quş da boşanarmı?” deyib keçməzdən əvvəl təqdim etdiyimiz materialı oxumanız məsləhətlidir.

Səssiz Qu

Bu quşlar 20 yaş yaşaya bilən və həyat yoldaşları olan bir quş növüdür. Ciddi bir məsuliyyət kimi qəbul etdikləri evlilikləri bəlli şərtlər və qaydalar altında davam edir. Məsələn, yuva qurma xətasından sonra ortaya boşanma hallarının çıxması qaçınılmazdır.

Keçəl Qartal

Keçəl Qartallar cütləşməyə qərar verdikləri zaman bu onlar üçün ciddi bir qərara çevirilir. Bu qartalların cütlükləri arasındakı bağlılıq və sədaqət çox güclüdür. Buna görə də bu quşlar arasında boşanma nisbəti çox azdır.

Kanada Qazları

Kanada Qazları mükəmməl bir həyat yoldaşı tapmaq üçün bir neçə tərəf müqabilini dəfələrlə sınaqdan keçirtməli olurlar.Onlar 4 yaşına çatana qədər doğru həyat yoldaşı tapmaq üçün çalışırlar. Amma adətən  evlilikləri boşanma ilə nəticələnir.

Sandhil Durnası

Bu quşlar ömürləri boyu evil qala bilirlər. Boşanma hallarına çox az rastlanır. Xüsusilə də yuva qurmaq sezonunda bu faiz xeyli aşağı düşür. Ancaq  əgər erkəklər də bir yuva qurmaq üçün bölgə seçmək qabiliyyəti varsa. Yox əgər belə bir qabiliyyətləri yoxdursa onda bu evlilik boşanma ilə nəticələnir.

Qara dimdikli saxsağan

Bu quşlar da uzun illər evli ala bilirlər, ancaq bəzən boşanmalar da görünür.

Ambar Bayquşu

Digər adı örpəkli bayquş adlanan bu quşlar arasındakı boşanma hallarına da rast gəlinir. Cütlüklər arasında adətən sadiq olmadıqda və yaxşı artım olmadıqda boşanma baş verir.

Amerika Papuqayı

Papuqaylar 40-50 yaşa qədər yaşaya bilən uzun ömürlü quşlardır. Amma bir neçə damazlıq mövsümündən sonra cütlüklər arasında  boşanmalar olur və başqa bərabərliklərə meyl edirlər.

 

Hazırladı: Günel







2 Dekabr, 2014  15:32 Baxılıb: 4872 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner