Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Barselona” 115 yaşında

29 noyabr “Barselona” Futbol Klubunun yarandığı gündür. Klub 1899-cu ildə Coan Qamperin rəhbərliyində isveçrəli, ingilis və ispaniyalı futbolsevərlər tərəfindən təsis edilib.

Kataloniya bölgəsini təmsilçisi “Real Madrid” ilə birlikdə “La Liqa” tarixinin ən uğurlu klubu hesab olunur. Bu amillə yanaşı, kastiliya-katalan qarşıdurması da hər iki komanda arasında rəqabəti artırıb. Nəticədə, “El Klassiko” adı ilə tanınan derbi meydana gəlib. Hər il milyonlarla futbolsevərin izlədiyi “El Klassiko” ən maraqlı futbol yarışlarındandır.

“Barça”

"Més que un club"  (“Bir klubdan daha çox”) şüarı ilə “Kamp Naou”nu bəzəyən “Barselona” fanatları klub marşında komandalarını “Barça” deyə çağırırlar:

“...Bizi bir bayraq birləşdirir

Mavi-qırmızı külək əsir

Bir cəsurun səsi gəlir

Hər kəs bilir, bizim bir adımız var:

Barça, Barça, Barça!”

Yohan Kroyfun “əfsanə komanda”sı

1974-cü ildə Total futbol fəlsəfəsini futbola gətirən hollandiyalı mütəxəssis 1988-ci ildən bu sistemlə ən böyük uğurlarını qazanmağa başladı. Həmin il “Barselona”nın baş məşqçisi olan Kroyf komandanın indiyə qədərki ən gözəl heyətini formalaşdıra bildi. Subisaretta, Laudrup, Koeman, Stoiçkov, Romario, Eysebio, Quardiola, Xuan Karlos, Nando və başqaları onun rəhbərliyi dövründə “Barselona”ya ilk dəfə UEFA Çempion Klublar Kubokunu qazandırdı.

Uğurlar

1928-ci ildə “Barselona”nın da daxil olduğu on klubdan ibarət “La Liqa” adlı İspaniya çempionatı yaradılır. Katalanlar bir il sonra çempionatın ilk qalibi adına sahib çıxırlar. Bu çempionluqla başlayan uğurların ardı isə gəlir:

22 “La Liqa”;

26 İspaniya Kral Kuboku;

11 İspaniya Super Kuboku;

2 İspaniya Liqa Kuboku qalibi.

Avropada:

4 Çempionlar Liqası;

4 Kuboklar Kuboku;

3 UEFA Kuboku;

4 UEFA Super Kuboku;

2 Latın Kuboku qalibi.

Dünyada:

2 FİFA Dünya Klublararası çempionu.

Quardiolanın gəlişi ilə yenidən İspaniyanın ən güclüsü olan “Barselona” bu adı qorumaq uğrunda “Real Madrid”lə mübarizədədir. 2008-ci ildə mövsümü 6 kubokla başa vuran Kataloniya klubu Quardiolanın gedişindən sonra da uğurlu çıxışını davam etdirməkdədir. Hazırda Luis Enrikenin rəhbərlik etdiyi “Barselona” Messi, Neymar, İniesta, Xavi kimi dünya futbol ulduzlarını bir yerə toplayıb.

Vüsal Məmmədzadə

 






29 Noyabr, 2014  09:07 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner