Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Vaqif Sadıqov: “Qarabağ” bir futbolçudan ibarət deyil”

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” sabah növbəti matçına çıxacaq. Bu dəfə rəqib Fransanın “Sent-Etyen” klubu olacaq.

Simsar.az oyunöncəsi futbol mütəxəssisi Vaqif Sadıqovun fikirlərini öyrənib.

- Azərbaycan təmsilçisinin “Sent-Etyen”lə görüşdə imkanlarını necə dəyərləndirirsiniz?

- “Qarabağ” təkcə öz tarixi üçün deyil, eləcə də, Azərbaycan futbolçu üçün olduqca əhəmiyyətli bir görüşə çıxacaq. Bu oyundan sonra təmsilçimizin turnirdəki taleyinə aydınlıq gələ bilər. Düşünürəm, Ağdam klubu uğurlu nəticə ilə Vətənə döncək.

- Kristof Qaltye bundan əvvəlki oyunlarda heç-heçə edən komandasından bu dəfə mütləq qələbə gözlədiyini deyib...

- Aydın məsələdir ki, “Sent-Etyen”i yalnız qələbə qane edir. Fransa klubu doğma meydanda hücuma daha çox meyl edəcək. Bu da bizə əks-hücumlara çıxmağa şərait yaradacaq. Ələ düşən imkanlardan yararlansaq, nəticə də bizim xeyrimizə ola bilər.

- Bu, Reynaldosuz çətin olmayacaq?

- “Qarabağ” bir futbolçudan ibarət deyil. Ona görə, sərfəli nəticə əldə edəcəyimizə inanıram.

- Bu oyunda heç-heçə bizi qane edə bilər?

- Fransa təmsilçisinə mütləq qələbə lazımdır. Bizə isə heç-heçə də kifayət edə bilər. İlk növbədə qapımızı toxunulmaz saxlamağa çalışmalıyıq.

- “Qarabağ”la eyni vaxtda “İnter” və “Dnepr” də meydana çıxacaq. Rəqiblərimizdən hansını daha güclü hesab edirsiniz?

- “İnter” qrupun favoritidir. Onların qələbəsi bizə də sərf edir. Ona görə, ümid edirəm, İtaliya təmsilçisi qalib gələcək.

 

Vüsal Məmmədzadə

 

 






26 Noyabr, 2014  13:03 Baxılıb: 882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner