Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Bakı Oksford məktəbinin binasının açılışında iştirak etdi

Azərbaycan prezidenti İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Simsar.az-ın məlumatına görə, məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib ki, təhsil ocağının binası ən müasir tələblər səviyyəsində inşa olunub.

Altımərtəbəli binanın ümumi sahəsi 30 min kv.m-dir.

Prezident İ. Əliyev Bakı Oksford məktəbinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı Bakı Oksford məktəbi ilə tanış olub.

Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də var.

Prezident İ. Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.






25 Noyabr, 2014  19:21 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner