Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Paytaxtda Beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda "Konüllük fəaliyyəti – cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi” (Добровольчество – как форма участия молодёжи в социальной жизни общества) adlı beynəlxalq konfrans  keçirilir.

Simsar.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransın keçirilməsində məqsəd – könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin genişləndirilməsidir.

Konfrans çərçivəsində Bakı şəhərində “Sosial sahələrdə gənclərin könüllülük fəaliyyətinin inkişaf etdirilməsi”; “Humanizm dəyərlərinin və vətəndaşlıq tərbiyəsinin təbliği”; “Könüllülük fəaliyyətinin inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin yetişdirilməsi” və sair mövzularda sessiyaların keçirilməsi planlaşdırılıb. Gəncə şəhərində Azərbaycanın 21 şəhər və rayonunu təmsil edən gənclərin iştirakı ilə “Gənclər və könüllülük: gənclərin sosial həyatda və öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, beynəlxalq konfrans “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.8.7 yarımbəndinə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi), MDB üzv dövlətlərinin 2014-2015-ci illərdə “Gənclərin beynəlxalq əməkdaşlığına dair strategiyası”nın IX fəslinə (Gənclərlə iş sahəsi) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyi arasında 2014-2015-ci illərə dair imzaladığı birgə dövrü fəaliyyət planının 2.2 yarımbəndinə əsasən keçirilir.

Hüseyn İbadlı






25 Noyabr, 2014  11:08 Baxılıb: 608 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner