Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan millisi Dünya çempionatından iki medalla qayıdır

Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub. Simsar.az xəbər verir ki, Azərbaycan yığması yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.

Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.

Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb – 2:1. Ancaq millimizin üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylorla qarşılaşmalı olub. Alekseyeva Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni Teylora veriblər.

Qeyd edək ki, komandamız 2 il əvvəl Çin Xalq Respublikasında keçirilmiş dünya çempionatında 1 gümüş medal qazanmışdı. Vıstropova 2-ci yeri tutmaqla yanaşı, London Olimpiadasına lisenziya da əldə etmişdi.

 






24 Noyabr, 2014  12:15 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner