Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Məhşurlar futbol yığmamızın məşqçi problemini şərh etdilər - SORĞU

Hazırda futbol ictimaiyyəti arasında əsas müzakirə mövzusu Azərbaycan milli komandasının baş məşqçi postu ilə bağlıdır. AFFA-nın xarici mütəxəssis axtarışında olduğu bir vaxtda azarkeşlər Azərbaycan millisinə uğur qazandıracaq şəxsin baş məşqçi olmasını arzu edir.

Simsar.az məsələni həm mütəxəssislər, həm də tanınmış futbol azarkeşləri ilə müzakirə edib.

Fərhad Bədəlbəyli (Bakı Musiqi Akademiyasının rektoru): “Fərqi yoxdur, yerli olsun, ya xarici. Məncə, problem məşqçi məsələsində deyil. Əlbəttə, bu da vacib amildir. Amma ilk növbədə uşaq futboluna diqqət ayırmaq lazımdır. Gərək uşaqlarımız kiçik yaşlarından futbol oynasınlar. Bunun üçün onlara şərait yaratmaq vacibdir. Belə olmasa, çətin ki, milli komanda da uğur qazansın. Berti Foqts normal məşqçi idi. Mənə də pis piano versələr, çala bilməzdim...”.

Bəhram Bağırzadə (aktyor): “Azərbaycanda futbol olanda bu məsələ haqda danışarıq”.

Maşallah Əhmədov (veteran futbolçu): “Düşünürəm ki, yerli mütəxəssislə uğurlu nəticə əldə edə bilərik. Götürək, Norveç millisi ilə oyunu. Həmin görüşdə millimiz rəqibindən heç də pis oynamadı. Heyətdə edilən müəyyən dəyişikliklər oyuna da təsir etmişdi. Düzdür, Mahmud Qurbanovun da bəzi səhvləri var idi. Məsələn, qapıda Kamran Ağayev dayanmalı idi. Amma bunlar da düzələn məsələlərdir. Ağasəlim Mircavadov kimi qocaman, işini yaxşı bilən mütəxəssisimiz var. Eləcə də, Şahin Diniyev, Vəli Qasımov, Vaqif Sadıqov kimi məşqçilər korpusunda çalışan mütəxəsisslərimiz var. Onların təcrübəsindən yararlanmaq lazımdır”.

Şahin Diniyev (futbol mütəxəssisi): “Mən əvvəldən yerli məşqçi tərəfdarı olmuşam. Hazırki vəziyyətdə də milli komandanın yerli mütəxəssisin köməyinə ehtiyacı var. Komandada psixoloji vəziyyət heç də qaydasında deyil. Xarici mütəxəssis millinin psixoloji durumunu düzəldə bilməz. Amma yerli məşçi ilə də vəziyyəti kökündən dəyişmək olmaz. Bu işə kompleks şəkildə yanaşmaq lazımdır”.

Ağasəlim Mircavadov (futbol mütəxəssisi): “İndiki halda bizə yalnız yerli məşqçi kömək edə bilər. Çünki o, həm mentalitetimizi, həm futbolumuzu xaricidən qat-qat yaxşı bilir. Yerli mütəxəssislə hazırki komandanı nəticə qazanan komandaya çevirə bilərik”.

Vüsal Məmmədzadə

 

 






21 Noyabr, 2014  15:13 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner