Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İki boksçumuz dünya çempionatının finalında

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Simsar.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özlərinə təmin ediblər.

Avropa çempionu Yelena Vıstropova (69 kq) 1/4 finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilonla qarşılaşacaq.

60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyeva da yarımfinala yüksəlib. Milli komandamızın üzvü 1/4 finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb – 3:0. Alekseyevanın növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.

Anna Əlimardanova isə (54 kq) 1/4 finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.

Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq.

 






21 Noyabr, 2014  12:17 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner