Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Araz-Naxçıvan”lılar PFL-dəki görüşün təfərrüatlarını bilmək istəyir – QALMAQAL

“Araz-Naxçıvan”ın Premyer Liqadan gedişinin səbəbləri ilə bağlı qalmaqallı müzakirələr davam edir.

Simsar.az xəbər verir ki, məsələ sosial şəbəkələrdə fanklub üzvləri və klub nümayənədələri arasında gərgin müzakirəyə səbəb olub. Naxçıvan təmsilçisinin hakim ədalətsizliyini bəhanə etdiyinə inanmayan azarkeşlər günahkar axtarışındadırlar.

Fanklub üzvlər deyir ki, bir neçə gün əvvəl klub rəsmlərindən və azarkeşlərdən ibarət heyət PFL prezidenti Ramin Musayevlə görüşüb.

Onlar həmçinin, həmin görüşdə nələrin müzakirə olunduğunun ictimaiyyətə açıqlanmasını da tələb edib. Klub rəsmiləri isə görüşdə danışılanların hər kəsə məlum olduğunu, Ramin Musayevin klubun fəaliyyətini dayandırması ilə bağlı açıqlamasında məsələyə tam aydınlıq gətirdiyini bildirib.

Sosial şəbəkələrdə gedən mübahisədə “Araz-Naxçıvan”ın AFFA-dan pul istəməsi ilə bağlı məsələyə isə fanklub üzvlərindən biri etiraz edib: “Bu, gülünc səbəbdir. AFFA vaxtı ilə “Araz-Naxçıvan”a çox kömək edib. Deyirlər, “Bakı”ya pul verirlər, bizə də versinlər. AFFA “Bakı”ya kömək edib, yaxşı edib. O kluba verilən pullar halal olsun”.

Klub nümayəndələri isə bu məlumatın yanlış olduğunu qeyd ediblər: “Bu cür şayələrin haradan yayıldığını bilmirəm. Əsassız söhbətlərdir”.

Bir neçə gün əvvəl Ramin Musayevlə görüşdə iştirak edən “Araz-Naxçıvan” azarkeşlərindən biri isə: “Bu məsələdə PFL günahkar deyil. Günahkar axtarırsınızsa, klub rəhbərliyinin yaxasından yapışın”, - yazıb.

Xatırladaq ki, “Araz-Naxçıvan”ın Premyer Liqadan imtina etməsindən sonra turnirdə 9 komanda mübarizə aparır.

Simsar.az







19 Noyabr, 2014  14:23 Baxılıb: 1109 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner