Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azad Rəhimov İstanbulda jurnalistlərə Azərbaycandan danışdı

“2015 Avropa Oyunları Azərbaycanda idmana olan marağı daha da artıracaq”.

Simsar.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Türkiyədə təşkil olunan tədbirdə jurnalistlərlə görüşü zamanı deyib.

Yarışla bağlı tədbir iştirakçılarına məlumat verən nazir yarışın əhəmiyyəti haqqında belə danışıb: “23 ildir Azərbaycan müstəqillik əldə edib. Müstəqilliyini yeni qazanmış dövlətlər dünyada tanınmaq istəyirlər. Bu baxımdan, idman tədbirlərinin əhəmiyyəti böyükdür. 2015 Avropa Oyunları da Azərbaycanda idmanın inkişafı ilə yanaşı, ölkənin tanıdılması baxımından da vacibdir”.

Azərbaycanda idmanın çox sevildiyini dilə gətirən Azad Rəhimov idmançılarımızın uğurlarından da söz açıb: “Beynəlxalq idman yarışlarında uğurla çıxış edirik. İdmançılarımız qatıldıqları ilk Olimpiya Oyunlarından bu yana medal sayını hər dəfəsində artırırlar. Avropa Oyunları idman sahəsindəki uğurlarımızın artmasına şərait yaradacaq”.

Qeyd edək ki, ilk dəfə Bakıda təşkil ediləcək Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir. 12 iyun 2015-ci il tarixində start götürəcək yarışlar 16 gün davam edəcək.

Vüsal Məmmədzadə

 

 






18 Noyabr, 2014  19:14 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner