Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Messi, Ronaldo... Bəs, sonra? – İdman jurnalistlərindən soruşduq

Son dövrlərdə futbol ictimaiyyəti arasında “Messi, yoxsa Ronaldo?” sualı əsas müzakirə mövzusudur.  Dünyada onların ikisinin ən öndə olduqlarını qəbul etməyən mütəxəssis tapmaq mümkünsüzdür. Bəs, bu futbolçulardan sonra dünyanın ən yaxşısı kimdir?

Simsar.az idman jurnalistlərinin fikirlərini öyrənib:

Şəmsəddin Abbasov (CBC). Bir futbolçu yox, bir neçəsinin adını çəkmək olar: İbrahimoviç, Aryen Roben, Frank Riberi, Eden Hazar, Andrea Pirlo.

Elçin Cəlilov (FutbolPress.az). Messi vә Ronaldo müqayisәsi bir az da mediatik olaydır. Düzdür, onlar bugünki futbolun fenomenlәridir, ancaq bәlkә dә, elә futbolçular var ki, bu gün "Barsa"ya, "Real"a keçsә, o ulduzlardan daha çox parlayarlar.

Qaldı ki, onlardan sonra hansı futbolçu – bu nominasiyada çox ad saymaq olar. Mәn mütlәq İbrahimoviçi qeyd edәrdim. "İbra"nın yığma sarıdan bәxti gәtirmәyib. O, ekstravaqant futbolçudur.

Aryen Robeni dә vurğulayım. İllәrdir, klubu vә yığmasında sabit oyunu ilә fәrqlәnir.

Pastoreni dә qeyd edәrdim - böyük ümid bәslәnib, özünü doğrultmayan oyunçu kimi. Pirlo isә sadәcә, möhtәşәmdir. Futbolun rәssamıdır.

Tural Dadaşov (İTV). Messi və Ronaldodan sonra Neymarı qeyd edə bilərəm. Fikrimcə, qarşıdakı illərdə Neymar  “Messi, yoxsa Ronaldo?” sualını qüvvədən salacaq. O, bu sualda ad dəyişdirə biləcək ən real namizəddir.

Tural Xudiyev (Space TV). Zlatan İbrahimoviç.

Emin Abbasov. Aryen Robben.

Anar Xanlarov (Rekord.az). Yaxşı futbolçular çoxdur, amma hələ ki, Messi və Ronaldo səviyyəsində oynyanı yoxdur. Söhbət tək oynamaqdan getmir, hələ o səviyyədə təqdim olunan futbolçu da yoxdur.  Zaman-zaman parlayan futbolçular oldu, amma sonradan istəniləni verə bilmədilər. Məsələn, Neymarla Xames Rodrigesi çox təriflədilər, amma biri gəlib "Barselona"da Messinin, digəri isə "Real"da Ronaldounun kölgəsində qaldı.

Kənan Məstəliyev (Rekord.az). Təbii ki, Zlatan İbrahimoviç. Onun bəxti gətirməyib: yanlış ölkədə doğulub. Zlatan İsveç yox, məsələn Almaniya yığmasının üzvü olsaydı, indi tarixin ən yaxşıları sırasında adı çəkilər, bir çox mükafat və titulların sahibi olardı. İbrahimoviçin futbol istedadı çox böyükdür. Onun hündür boyuna rəğmən sürəti və texnikası maksimal səviyyədədir, fantastik, bəzən ağlasığmaz zərbələri var. İdeal futbolçudur.

Saleh Arslan (Korner.az). Fikrimcə, almaniyalı Müller də ən yaxşı futbolçu adına namizədlərdəndir. Almaniya millisinin dünya çempion olmasında onun rolu az olmadı. Müller "Bavariya"nın əsas "silahlarındandır".

Elsevər Məmmədov (Apasport.az). Anhel Di Maria. Məncə, “Real” onu satmaqla böyük səhv etdi.

Vüsal Məmmədzadə

 

 

 






15 Noyabr, 2014  14:10 Baxılıb: 2628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner